Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir Əzməmmədov

İkinci rejissor. Aktyor. Rejissor assistenti.

Həyatı

Nadir Mirzə oğlu Əzməmmədov 3 fevral, 1953-cü ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu ixtisasında təhsil alıb (1972-1977). 1980-cı ildə Gənc Kinematoqrafçıların Ali Kursunu bitirib.

1978-ci ildə bədii filmlərdə rejissor assistenti kimi “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Bir sıra filmlərdə ikinci rejissor, aktyor, rejissor assistenti olub. Hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəridir.

Filmoqrafiya
Alman klinikasına şəxsi səfər (film, 1988)
Asif, Vasif, Ağasif (film, 1983) - Rejissor assistenti, Aktyor
Birisigün, gecəyarısı... (film, 1981) - Rejissor assistenti, Aktyor
Biz qayıdacağıq (film, 2007) - Aktyor
Gecə qatarında qətl (film, 1990) - İkinci rejissor, Aktyor
Hücum (film, 1989) - Rejissor assistenti
İşarəni dənizdən gözləyin (film, 1986)
Qanlı zəmi (film, 1985) - Rejissor assistenti
Qara "Volqa" (film, 1994) - İkinci rejissor, Aktyor (Səfərəli)
Qəribə adam (film, 1979)
Nəsimi (1973)-Aktyor
Od içində (film, 1978)-Aktyor
Park (film, 1984)-Aktyor
Sizi dünyalar qədər sevirdim (film, 1985)- Rejissor assistenti
Şeytan göz qabağında (film, 1987) - İkinci rejissor, Aktyor ("KAMAZ"ın sürücüsü)
Tənha narın nağılı (film, 1984)-Aktyor
Yaramaz (film, 1988) - İkinci rejissor
Yaşa, qızıl balıq (film, 1988) - İkinci rejissor


Tarix: 03.02.2013 / 17:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Aktyorlar
loading...