Aktyor
Həyatı
23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974-76-cı illərdə "Azərbaycanfilm" kino studiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Aşağıdakı rolları ifa etmişdir: C.Cabbarlının "Solğun çiçəklər" Bəhram, "Aydın" Novruz bəy, "Oqtay Eloğlu" Mazadaranski, H.Cavidin "Maral" Cəmil,N. Həsənzadənin "Atabəylər" Abubəkir, Ş.Qurbanovun "Sənsiz" Tərlan və sair. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir.
Teatr xadimlər ittifaqının üzvü, "Qızıl dərviş" mükafatı laureatıdır.
Filmoqrafiya
Bizim küçənin oğlanları (film, 1973)
Qocalar, qocalar... (film, 1982)
Yük (film, 1995)
Bir anın həqiqəti (film, 2003)
Koroğlu (film, 2003)
Cavad xan (film, 2009)
Tarix: 04.02.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Aktyorlar