Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramin Şıxəliyev

Şıxəliyev Ramin Tofiq oğlu — aktyor.Mündəricat
1 Həyatı
2 Teatr səhnəsindəki rolları
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 1997-ci ildə Kələxan kənd orta məktəbini və Lerik rayon yeddiillik incəsənət məktəbini bitirib.

1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakultəsinin dram kino aktyoru ixtisasına qəbul olunmuş və 2001-ci ildə təhsilini başa vurmuşdur. Həmən il universitetin sənətşünaslıq fakultəsinin teatrşünastlıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur.

Təhsil illərindən "İlham" Miniatür Teatrına dəvət almış və beş il o teatrda aktyor vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir çox rolların ifaçısı olmuş və tamaşaçılar tərəfindən rəğbət qazanmışdır.

2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərir.

Teatr səhnəsindəki rolları
"Əli və Nino" - Arslan ağa
"Qaravəlli" - Əvəz Əvəzov
"Bəylik dərsi"

Filmoqrafiya
Biz qayıdacağıq (film, 2007)
Cavid ömrü (film, 2007) - gənc bolşevik
Seçilən (film, 2008)‎
Qanadlarıma sığal çək (film, 2008)
Qovğalı kəndinin gecələri (film, 2008)
Oyunçu (film, 2008)
Cavad xan (film, 2009) - erməni
Susmuş vicdan (film, 2010)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Dolu (film, 2012)
Sübhün səfiri (film, 2012)


Tarix: 03.02.2013 / 18:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Aktyorlar
loading...