Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Atakişiyev

Teatr rejissoru. Aktyor

Həyatı

R.Atakişiyev 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq" fakültəsini bitirmişdir. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayaraq baş rejissor kimi teatrın yaradıcılarından biri olmuşdur. 1976-1978-ci illərdə Moskva şəhəri Mayakovski adına Akademik Dram Teatrında rejissor-stajiyor işləmişdir. 1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediyya Teatrında quruluşçu rejissor işlədiyi müddətdə O.Kazımovun "Qızıl toy", E.Sabitoğlunun "Nəğməli Könül",(Azərbaycan bölməsi) Kolkar "Nəsrədinin Bağdada səyahəti"Ofentaxın "Fransız qonaq" və sair quruluşları olmuşdur. 1978-90-cı illərdə teatrla yanaşı İncəsənət və Mədəniyyət Universitetində əvvəl baş müəllim, dossent kimi pedoqoji fəaliyyəti ilə məşğul olmuşdur.O,teatr sənətçilərinə həsr olunmuş (T.Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya), "Rejissor teatra gəlir"və sair çox saylı kitabların müəllifidir. 1990-ci ildən 1999-cı ilər Akademik Milli Dram Teatrında Sərəncamçı direktor işləmişdir. 1999-2005-ci illər Gənc tamaşaçılar teatrında quruluşçu rejissor işləmişdir. 1999-cu ildən hal-hazıra kimi Gəncə Dövlət Dram Teatrının bədii rəhbər direktoru vəzifəsində çalışır. R.Atakişiyevin təşəbüssü və rəhbərliyi ilə teatrın nəzdində gənc aktyorların yetişdirilməsi üçün ictimai əsaslarla aktyor studiyyası təşkil olunmuş və həmin studiyanın məzunlardan bir çoxu teatrın truppasında çalışırlar. R.Atakişiyev C.Cabbarlının "Oktay Eloğlu", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" Bukovçanın "Qana-Qan" və H. Cavidin "Afət" və sair son illərdə hazırladığı quruluşlardır.

R.Atakişiyev 2005-ci ildə "Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə" fəxri nişanla təltif olunmuşdur. Azərbaycan TXİ-nin idarə heyyətinin üzvüdür, "Qızıl Dərviş" mükafatının laureatıdır.

2012-ci il sentyabr ayının 27-də ürək çatışmazlığından vəfat etmişdir.

Filmoqrafiya
Canavar balası (film, 1997)


Tarix: 03.02.2013 / 18:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Aktyorlar
loading...