Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülfü Adıgözəlov

Zülfü Adıgözəlov - Respublikanın görkəmli xanəndəsi, böyük muğam ustadı, şifahi ənənəli professional musiqimizin tarixinə XX əsrin görkəmli xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının mahir təfsirçisi və təbliğatçısı, hami-müəllim kimi daxil olmuşdur.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Həyatı

Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. 1927-cü ildə Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu, onu Bakıya dəvət edir.

Yaradıcılığı

Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Bu gün adlarını fəxrlə çəkdiyimiz Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov, neçə-neçə gənc istedadlı xanəndələr Zülfi məktəbinin istedadlı davamçılarıdırlar.

Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları təkrarolunmaz, musiqi xəzinəmizin nadir inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ən'ənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.

Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açarkən görkəmli şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi".

Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.

Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.

Filmoqrafiya
Bakılılar (film, 1938)
Səbuhi (film, 1941)


Tarix: 05.02.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 311 Bölmə: Aktyorlar
loading...