AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax
Həyatı
Sülyemanov Məzahir Həbulla oğlu (28.01.1944) M.A.Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir.
M.H.Süleymanov teatra gəlişinin ilk günlərindən teatr rejissorlarının diqqətini cəlb etmişdir. İşlədiyi ilk günlərdən hal-hazıra qədər teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan biri olmuşdur.
M.Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olmuşdur. Bu obrazların ponoramasına nəzər yetirdikdə onun böyük istedada malik olması göz önünə gəlir. Fransız dramaturqu C.B.Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E.Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M.Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, rus dramaturqu Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M.Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A.Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N.Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və s. göstərmək olar.
Azərbaycan klassiklərindən: C.Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, J.Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən, M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, S.S.Axundovun "Tamahkar" tamaşasında İmran, H.Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhət, H.Cavidin "Afət" tamaşasında Qaplan, A. Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə.Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında Qasım bəy və s. obrazlar aktyorun geniş diapazonuna malik olduğunu sübut edir.
Müasir dramaturgiyadan: Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R.İbrahimbəyovun "Park" tamaşasında Dost, V.Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M.Sülyemanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G.Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadutsa, Ç.Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbayev, S.Başbəyovun "Dəmir qadın" tamaşasında Alimcan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və s.göstərmək olar.
M.Sülyemanov G.Xuqayevin "Bir köpək vardı" və "Ailə" əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç.Aytmatovun "Ümid sahili" əsərinin tamaşasında Orqan baba, N.Hikmətin "Bayramın birinci günü" tamaşasında Vəli Əfəndi, Yudcin Onilin "Qarağaclar altında məhəbbət" tamaşasında Kebolt, A.Babayevin "Xilaskar" əsərində Filosof-deputat kimi sanballı rolları özünəməxsus sənətkarlıqla yarada bilmişdir.
Bütün bunlardan başqa M.Süleymanov hər il "Yeni il" şənliklərində Şaxta baba, "Novruz" şənliklərində isə Novruz baba rollarının ifaçısı olur.
M.Süleymanov "Yük" və "Yanmış körpülər" filmində Qubernator Şubinski və Səmədağa obrazlarını uğurla ifa etmişdir.
Bu aktyor M.Süleymanov oynadığı obrazların heç də tam olmayan siyahısına baxdıqda onun böyük yaradıcılıq imkanları olduğunu sübut edir. Təsadüfü deyil ki, onun teatrdakı çoxillik faydalı əməyi dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə qeyd olunmuşdur. Onun həyat və yaradıcılığı dəfələrlə radio və televiziyada, mərkəzi və dövrü mətbuatda işıqlandırılmışdır.
2005, 2006 və 2012-ci illərdə M. Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülmüşdür. Məzahir Süleymanova böyük etimad göstərilmiş və ona 2006-cı ildə Azərbaycan Respublikasının Fəxri Əməkdar artist adı verilmişdir.
Filmoqrafiya
Mənim ağ şəhərim (film, 1994)
Ağ dünya (film, 1995)
Yük (film, 1995)
Fatehlərin divanı (film, 1997)
Bəsdir, ağlama! (film, 1999)
Yanmış körpülər (film, 2003)
Cavid ömrü (film, 2007)
Qüdsi (film, 2007)
Seçilən (film, 2008)
Tarix: 03.02.2013 / 17:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Aktyorlar