Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zamiq Əliyev

Zamiq Əliyev - Musiqiçi, tarzən, xalq artistiMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax


Həyatı

Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi bitirdikdən sonra, 1968-72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. İnstitutu bitirdikdən və 1972-73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır.

1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Bu kollektivin tərkibində bir neçə xarici dövlətlərdə, Suriya, Livan, Əlcəzair və s. qastrol səfərlərində olmuşdur. Uzun illər SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında musiqi rəhbəri kimi çalışmışdır. Bu illər ərzində ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. 1991-ci ildən muğam üçlüyü tərkibində Fransa, Belçika, Hollandiya, ABŞ, Kanada, İran, Cənubi Koreya kimi ölkələrdə mötəbər musiqi festivallarında müvəffəqiyyətlə çıxış etmişdir.

Yetirməsi Simarə İmanova və kamança ifaçısı Ədalət Vəzirov ilə birlikdə 1997-ci ildə Səmərqənddə birinci "Şərq Təranələri" festivalında "Qran-Pri" mükafatına layiq görülmüşdür. O, 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "İnstrumental ifaçılıq" kafedrasında pedaqoji fəaliyyət göstərir və bir çox gənclərin tarzən kimi püxtələşməsində öz əməyini əsirgəmir. 2000-ci ildən kafedranın baş müəllimi, daha sonra (2003) dosenti olmuşdur. Hal-hazırda isə həmin kafedranın professorudur. Zamiq Əliyev həm də bir çox tanınmış şairlərin şeirlərinə olan mahnıların müəllifidir.

2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzində Z.Əliyevin 60-illik yubileyi, yaradıcılığının isə 40-illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Z.Əliyev 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Respublikanın Əməkdar Artisti", 2007-ci ildə isə "Respublikanın Xalq Artisti" adlarına layiq görülmüşdür.

2011 ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Filmoqrafiya
Sehrli xalat (film, 1964)
Bakı bağları. Türkan (film, 2007)


Tarix: 05.02.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Aktyorlar
loading...