Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tahir İmanov

Aktyor. Prodüser. Ssenari müəllifi. Mətn oxuyan.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub.

1981 – 1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1996-cı ildə həmin institutu bitirib. İxtisası: Iqtisadçı.

1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.

2001-ci ildə “Planet Parni iz Baku” KVN Teatrını yaradıb. Hal hazırda həmin teatrın bədii rəhbəri və rejissorudur.

Filmoqrafiya
Bir anın həqiqəti (film, 2003)
Durnalar qayıtdı (film, 2003)
Məhəllə (film, 2003)
Məhəllə 2 Moskvada (film, 2004)
Tam məxfi (film, 2004)
Məşədi İbad-94 (film, 2005)-Sərvər
Nümunəvi şagird (film, 2006)
Vərdiş (film, 2006)


Tarix: 04.02.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Aktyorlar
loading...