Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Mustafayev

Görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, professor

Mustafayev Ramiz Hacı oğlu – bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1973), Azərbaycan xalq artisti (1987), dosent (1982), "Şöhrət" ordeni (2001), professor (2001).Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Mənbə


Həyatı

Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif, "Polad", "Xan və əkinçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 4 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.

10 aprel, 2008-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri
"Salatın" oratoriyası (1990) – (sözləri Nəbi Xəzrinindir)
"Bu qan yerdə qalan deyil" vokal-simfonik poeması (1991) – (sözləri Məmməd İsmayılındır)
"Haqq sənlədir, Azərbaycan!" kantatası (1992) – (sözləri Hikmət Ziyanındır)
"Nədən yarandın" vokal-simfonik poeması (1993) – (sözləri Əhməd Cavadındır)
"Füzuli" vokal-simfonik poeması (1993) – (sözləri Məhəmməd Füzulinin və Hikmət Ziyanındır)
"Məhəmməd və Leyla" oratoriyası (2000) – (sözləri Bəxtiyar Vahabzadənindir)
"Məsmə xanım dayımdır" operettası (2001) – (libretto C.Məmmədovundur)
45 uşaq mahnısı məcmuəsi (2001) – (mahnıların sözləri D.Nəbiqızı, Mirvarid Dilbazi, Məmməd Aslan, B.Orucoğlu, Ə.Ağayevindir)
Eləcə də Məhəmməd Füzuli, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Aslan Aslanov, Mirvarid Dilbazi, Hamlet İsaxanlı, Zəlimxan Yaqub, İ.Etibar, H.Sözlü, B.Orucoğlu, M.Daşqın, D.Nəbiqızı və b. şairlərin sözlərinə mahnı və romanslar (1990 – 2001) bəstələyib.
Vasif Adıgözəlovla birlikdə Xəzər Universiteti nin himninin müəllifidir – (sözləri Hamlet İsaxanlı nındır)

Filmoqrafiya
O olmasın, bu olsun (film, 1956)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)


Tarix: 03.02.2013 / 18:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 441 Bölmə: Aktyorlar
loading...