Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsl qış yeməyi- Kəllə paça

Nəhayət ki, Bakıda da qış özün göstərdi. Bu gün bəylərinə nə yemək haırlayacağına hələ də qərar verməyən xanımlar və özlərinə əsil ziyafət çəkmək istəyən subay bəylərimiz, çox düşünməyə gərək yoxdur. Belə havanın bir əvəzolumaz yeməyi var-XAŞ. Əziz xanımlar, digər yeməklərdə bizimlə mübahisə edə bilərsiniz, amma qəbul edin ki, bu yeməyi kişilər sizdən daha dadlı bişirirlər.

Biz əminik ki, əksər kişilərimiz bu yeməyi bişirməkdə mahirdirlər, amma ola bilsin, bəzi bəylərimiz hələ də onu hazırlamağı xanımlarından gözləyirlər. İndi məhz sizin üçün bu əvəzolumaz qış yeməyinin reseptini paylaşırırq. Sizi əmin edirik ki, reseptimizə əməl edərək hazırladığınız xaş xanımınızın bişirdiyindən daha dadlı olacaq.

Beləliklə, başladıq. Hər şeydən əvvəl onu bilməlisiniz ki, ən dadlı xaş qoca olmayan malın ön ayaqlarından hazırlananır. Xaş bişirmək üçün əvvəlcə ayaqları tükdən yaxşı təmizləmək lazımdır. Bunun üçün onları çox yaxınlaşdırmadan qaza tutub tüklərini ütürür, sonra isə yaxşıca yuyuruq. Daha sonra ayaqları oynaqlardan 2-4 yerə bölür və bişirəcəyimiz qazana yarıya qədər su töküb qaynamağa qoyuruq. Qaynadıqda onun kəfin yığır, suyun dəyişib yenidən qaynadırıq. Kəfinin yığılması üçün yaxşı olar ki, suya bir ədəd soğan və suyunun şəffaf olması üçün bir dənə kök atasınız. Yemək yarım saat kimi qaynadıqdan sonra kökü və soğanı sudan çıxarırıb kənara ata bilərsiniz. Ümumiyyətlə, yadda saxlayın ki, xaşı nə qədər çox qaynatsanız, bir o qədər dadlı alınar. Buna görə də yaxşı olar ki, onu axşamdan səhərə qədər 8-10 saat kimi bişirəsiniz. Amma bu zaman da vaxtaşırı onun kəfini yığmağı unutmayın. Bu qədər müddət qaynadıqdan sonra artıq hazırladığınız bu “əfsanə”nin dadına baxa bilər, zövqə görə onu sirkəli sarımsaq əzməsi, nar şərabı, turşu və ya göyərti ilə süfrəyə təqdim edə bilərsiniz. Nuş olsun!


Tarix: 07.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Aşbaz Abbas
loading...