İsti yayda, soyuq qış axşamında ancaq publarda, ya da restoranlarda dadına uyğun qiyməti olan bu kokteyli ev şəraitində hazırlamaq sizə həm büdcə baxımından, həm də alacağınız ləzzətdən daha xoş gələcək. Xüsusi bacarıqlarınız sırasına Sex on the Beach kokteyli hazırlamaq bacarığını da əlavə etsəniz, bu içkini hər yerdə dadmaq imkanı olmayan qonağınızın da rəğbətini qazanacağınıza əmin ola bilərsiniz.
Ümumilikdə iki növü olan bu beynəlxalq içki (İBA) Beynəlxalq Barmenlər Birliyi kimi xüsusi təşkilatların siyahısında da var.
Birinci növü vodka, şaftalı schnapps (amerikan və alman variantları olmaqla iki növdə alkoqollu içkidir, amerikan variantına likörün bir növü də deyilir), portağal şirəsi, mərcanı şirəsi (qızılcıq şərbəti də adlandırırlar) içkilərinin qarışığından hazırlanır. Qeyd etdiyimiz kimi hazırlayacağınız bu içki Beynəlxalq Barmenlər Birliyinin (International Bartenders Association Official Cocktail – İBA) rəsmi içkisidir.
İkinci növü vodka, Chambord (Qara moruq likörü), Midori Melon Liqueur (Qovun likörü), ananas şirəsi və mərcanı şirəsi içkilərinin qarışığından hazırlanır. Kokteylin bu növü isə Mr. Boston Official Bartender’s Guide (Mr. Boston Rəsmi Barmenlərin Rəsmi Bələdçisi) kitabında yer alıb.
Hazırlanması: Bütün inqredientlər buzla birlikdə kokteyl qarışdırıcısında qarışdırılır. İngiliscə “Highball glass” adlanan çox dar olmayan uzun bardağa tökülür ki, bu hazırladığınız içkinin rəmsi bardağıdır. Bardağa töküldükdən sonra tərkibi qarışdırılmamalı və soyuq halda içilməlidir.
Bununla bərabər oxşar inqredientlərlə hazırlanan kokteyllər də vardır ki, Sex on the Beach adı ilə təqdim olunur. Alqokollu içkilər sevirsinizsə, bir dəfə içməklə dadı damaqda qalan Sex on the Beach içkisinin sevimli içkiniz olacağına əmin olun.
Nuş olsun!
Tarix: 07.01.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Aşbaz Abbas