Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Aşbaz AbbasAclıq güc gələndə kartof ye

Kartof çoxlarımızın, xüsusən də biz kişilərin sevdiyi qida növüdür. Ən birincisi ona görə ki, qısa zamanda hazırlanan kartof qızartması hər zaman ac vaxtımızda köməyimizə çatır. Elə bu dəfəki məqalədə də sizinlə bu tərəvəzdən tez zamanda hazırlaya biləcəyimiz növbəti bir yeməyin- kartof kotletinin reseptini bölüşmək istəyirik.

Bunun üçün bizə lazımdır:
12-13 ədəd kartof
2 ədəd yumurta
Yağ
Un
Zövqə görə duz, istiot

İndi isə yeməyimizi hazırlamağa başlaya bilərik:
Kartofun qabığını soyub yuyur, üstünə su tökərək onu bişməyə qoyuruq. Tam bişdikdən sonra (təxminən 45 dəqiqədən sonra) sudan çıxarıb əzirik. Üstünə duz, istiot, yumurta və un töküb yaxşı qarışdırırıq. Daha sonra tavaya yağ töküb qızdırırıq. Kartof əzməsini hissələrə bölərək əlimizdə kotlet formasında Ardı »

Aşbaz AbbasQiymə souslu makaronun hazırlanması

Bəzən qadınlar deyir ki, biz bir gün olmasaq, kişilər aclarından nə edəcəklərini bilməz. Çünki kişilər yemək bişirməkdə heç də mahir deyillər. Təbii ki, dünyanın ən yaxşı aşbazlarının məhz kişi olması aksiomu bu fikirləri alt-üst edib. Ancaq bəzi qadınlar bütün bunlara baxmayaraq, hələ də öz fikirlərindən daşınmamaqda israrlıdırlar. Biz də bu dəfəki “Aşbaz Abbas” bölməmizdə çox az ehtimal olunmasına baxmayaraq, bəzi kişilərin dadlı yemək bişirə bilməməsi “təhlükəsini” nəzərə alıb yeni bir dadlı, ləzzətli yemək reseptini Sizinlə bölüşürük. Buyurun, tətbiq edin və xanımınızı sözün hər mənasında təəccübləndirin.

Beləliklə, tez hazırlanan qiymə souslu makaron.

Qiymə souslu makaron hazırlamaq elə də çətin iş deyil. Adi makaron süzməyi Ardı »

Aşbaz AbbasEvdə hazırlaya biləcəyiniz sərinləşdirici içki

İsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Biz də elə bu dəfə sizinlə ev şəraitində hazırlaya biləcəyimiz dadlı, bol vitaminli bir sərinləşdirici içkinin reseptini bölüşmək istəyirik.

Bu içkini hazırlamaq üçün bizə lazımdır:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
Yarım qaşıq limon suyu
300 qram şəkər tozu

İndi isə hazırlamağa başlayaq:
İlk olaraq bir litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edib qaynadın. Qaynadıqdan 2-3 dəqiqə sonra onu sobadan götürüb soyumağa qoyun. Bu vaxt ayrı qabda 2 ədəd xiyarın içini çıxarıb qabıq tərəfini xırda xırda doğrayın. Qaba tökünb üzərinə limon suyu əlavə edin.
Qaynadılmış suyun Ardı »

Aşbaz AbbasKişi kimi borş

Əziz kişi aşbazlarımız, bildiyiniz kimi yaz fəsli olsa da, hələ ki, soyuq havalar davam edir. Hələ də qış yeməklərindən doymayanlar üçün bu dəfə borşun hazırlanma qaydasından danışmaq istəyirirk.

Bunun üçün bizə lazımdır:
1 kq sümüklü mal əti
1 ədəd kələm
1 ədəd çuğundur
2 ədəd yerkökü
2 xörək qaşığı tomat
3 ədəd kartof
1 baş soğan
3-4 dəfnə yarpağı
2 dəstə cəfəri
Bitki və ya kərə yağı
Duz
İstiot

Hazırlanması:
Əti o qədər də xırda olmayan hissələrə bölüb qazana yerləşdiririk. Qazana yarısına qədər su töküb onu qaynadırıq. Ət qaynamağa başladığı zaman kəfini yığmağı unutmuruq. Ət nə qədər çox bişsə, yemək bir o qədər dadlı olar. Buna görə də onu saat yarım kimi qaynadırırq.
Ət qaynadığı zaman biz Ardı »

Aşbaz AbbasQadınları ehtiraslandıran yemək

Yayın gəlişi ilə bəzi ağır, bol kalorili yeməklərdən uzaqlaşır, daha vitaminli, yüngül yeməklərə üstünlük veririk. Bəs yayda istifadə etdiyimiz ərzaqların faydası haqqında kifayət qədər məlumatımız varmı? Dietoloqların sözlərinə görə yaz-yaz aylarında qida rasionumuzun əsasını təşkil edən pomidor, badımcan, bibər kimi tərəvəzlər vitaminli tərkibə malik olmaqla bərabər, həm də onların tərkibindəki maddələr insanlarda cinsi istəyi artırır. Bu qidalar insanlarda cinsi istəyi artırmaq baxımından çərəzlərlə eyni əhəmiyyətə malikdir. Buna görə də cinsi istəyi artırmaq üçün kişilərə daha çox çərəz, qadınlara isə bu kimi tərəvəzlərə üstünlük vermək məsləhət görülür. Çünki qadın orqanizmi bu kimi qidalara qarşı daha həssas olur. İndi isə sizinlə bu bol Ardı »

Aşbaz AbbasYay içkisi milkshake

Havaların isti keçməsini nəzərə alaraq bu dəfəki məqalədə sizinlə yayda ev şəraitində hazırlaya biləcəyimiz daha bir içki resepti bölüşmək istəyirik. Çiyələkli milkshake hazırlamaq üçün bizə lazımdır:

250 qram çiyələk;
Bir stəkan soyuq süd;
İki çay qaşığı bal;
İki xörək qaşığı dondurma;
Beş-altı ədəd buz.

İçkinin hazırlanma prosesi isə çox sadədir. Bunun üçün bütün ərzaqları blenderə əlavə edib qarışdırırıq. Əldə etdiyimiz qarışığı stəkanlara töküb çiyələklə bəzəyib süfrəyə təqdim edirik.
Nuş olsun! Ardı »

Aşbaz AbbasTürk dovğası-Yayla çorbası

Bu şorba hər nə qədər dovğaya oxşasa da, tərkibində olan göyərtilərə görə dovğadan fərqlənir. Belə ki, yayla şorbasında şüyüd, keşniş yox quru nanədən istifadə edilir.

Tərkibi:
4 stəkan qatıq
5 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
Stəkanın 4/1-i qədər düyü
3 xörək qaşığı kərə yağı
1 yemək qaşığı quru nanə (nanə nə qədər xırda olsa, o qədər yaxşıdır. Buna görə nanəni ovun)
Zövqə görə duz, istiot

Hazırlanması:
Qatıq, su, yumurta, un və düyünü eyni qaba töküb yaxşı qarışdırın. Daha sonra qarışığı yemək bişirmək üçün nəzərdə tutduğunuz qazana əlavə edib sobaya qoyun. Orta odda taxta qaşıqla dayanmadan qaynayana qədər qarışdırın, Düyünün bişdiyinə əmin olandan sonra qazanı oddan götürün. Ovulmuş nanəni, Ardı »

Aşbaz Abbas15 dəqiqəyə hazır olan gürcü xəngəli

Yəqin ki, xəngəli sevməyən kişi tapılmaz . Xüsusən də gürcü xəngəli demək olar ki, bütün kişilərin sevimli yeməyidir. Evdə bu yeməyin hazırlandığı günlər bizim üçün əsil bayrama çevrilir.
Kişilər, bəs heç nə vaxtsa özünüz gürcü xəngəli hazırlamaq haqqında düşünmüsünüz? Əgər bunu hələ də sınamamağınıza səbəb işin çətinliyindən qorxmağınızdırsa, buna görə narahat olmayın. Bu dəfəki məqalədə sizə bu dadlı xəmir xörəyinin hazırlanma qaydası haqqında məlumat verəcəyik.

Gürcü xəngəlinin xəmirini hazırlamaq üçün bizə lazımdır:
• 3 stəkan un
• 1 stəkan su
• 1 yumurta
• duz

Xəmirin içini doldurmaq üçün lazımdır:
• 250 qr. yağlı qoyun əti
• 200 qr. mal əti
• 3 baş soğan
• qırmızı və qara istiot
• su, duz

Əvvəlcə Ardı »