Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aclıq güc gələndə kartof ye

Kartof çoxlarımızın, xüsusən də biz kişilərin sevdiyi qida növüdür. Ən birincisi ona görə ki, qısa zamanda hazırlanan kartof qızartması hər zaman ac vaxtımızda köməyimizə çatır. Elə bu dəfəki məqalədə də sizinlə bu tərəvəzdən tez zamanda hazırlaya biləcəyimiz növbəti bir yeməyin- kartof kotletinin reseptini bölüşmək istəyirik.

Bunun üçün bizə lazımdır:
12-13 ədəd kartof
2 ədəd yumurta
Yağ
Un
Zövqə görə duz, istiot

İndi isə yeməyimizi hazırlamağa başlaya bilərik:
Kartofun qabığını soyub yuyur, üstünə su tökərək onu bişməyə qoyuruq. Tam bişdikdən sonra (təxminən 45 dəqiqədən sonra) sudan çıxarıb əzirik. Üstünə duz, istiot, yumurta və un töküb yaxşı qarışdırırıq. Daha sonra tavaya yağ töküb qızdırırıq. Kartof əzməsini hissələrə bölərək əlimizdə kotlet formasında düzəldir, sonra isə onların üstünü unlayırıq. Unlanmış kotletləri qızdırılmış tavaya qoyuruq. Hər iki üzünü qızardırıq. Bu qayda ilə hazırladığımız bütün kotletləri sıra ilə qızardırıq. Və budur, artıq yeməyimiz süfrəyə təqdim edilmək üçün hazırdır.

Nuş olsun!


Tarix: 07.01.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Aşbaz Abbas
loading...