Yayın gəlişi ilə bəzi ağır, bol kalorili yeməklərdən uzaqlaşır, daha vitaminli, yüngül yeməklərə üstünlük veririk. Bəs yayda istifadə etdiyimiz ərzaqların faydası haqqında kifayət qədər məlumatımız varmı? Dietoloqların sözlərinə görə yaz-yaz aylarında qida rasionumuzun əsasını təşkil edən pomidor, badımcan, bibər kimi tərəvəzlər vitaminli tərkibə malik olmaqla bərabər, həm də onların tərkibindəki maddələr insanlarda cinsi istəyi artırır. Bu qidalar insanlarda cinsi istəyi artırmaq baxımından çərəzlərlə eyni əhəmiyyətə malikdir. Buna görə də cinsi istəyi artırmaq üçün kişilərə daha çox çərəz, qadınlara isə bu kimi tərəvəzlərə üstünlük vermək məsləhət görülür. Çünki qadın orqanizmi bu kimi qidalara qarşı daha həssas olur. İndi isə sizinlə bu bol vitaminli və ehtiraslandırıcı tərəvəzlərlə hazırlaya biləcəyimiz bir yeməyin reseptini bölüşmək istəyirirk.
Bu yeməyi hazırlamaq üçün bizə lazımdır:
200 qram toyuq filesi
200 qram göbələk
5 ədəd badımcan
3 ədəd kartof
2 ədəd soğan
3 ədəd pomidor
4 ədəd bibər
2 xörək qaşığı yağ
100 qram holland pendiri
Duz, istiot zövqə görə
Hazırlanması: Əvvəlcə bütün ərzaqları yaxşıca yuyuruq. Qazana yağ əlavə edib dördbucaq formasında doğradığımız toyuq filesini oraya əlavə edirik. Bütün ərzaqları halqavari formada doğrayırıq. Filedən sonra göbələyi, kartofu, soğanı, badımcanı, bibər və pomidoru sıra ilə qazana düzürük. Yeməyə duz istiot vurub, bişməyinə az qalmış üzərinə holland pendiri əlavə edirik. 10-15 dəqiqəyə yemək hazırdır. Nuş olsun!
Tarix: 07.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Aşbaz Abbas