Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pomidor yumurta ehtirası artırır

Subay və ailəsindən ayrı yaşayan kişilərin əsas dərdi- yemək bişirmək. Axşam işdən evə qayıdanda qarşında bir qab isti yemək görməkdən daha böyük xoşbəxlik varmı, görəsən?! Amma, əziz kişilər, siz sultanlığınızı uzun müddət davam etdirmək fikrindəsinizsə, bu mövzuda narahat olmağa dəyməz. Kişi. az ailəsi mütəmadi olaraq sizinlə asan hazırlaya biləcəyiniz yemək reseptlərini paylaşmağa çalışacaq.
Elə bu dəfə də sizinlə reseptini bölüşmək istədiyimiz yemək- pomidor yumurta olduqca asan hazırlanan və tez başa gələn yeməklərdən hesab edilir. Onu bişirməyə başlamazdan əvvəl istifadə edəcəyimiz ərzaqların əhəmiyyətindən danışaq. Bilirsiniz ki, pomidor, bibər və xiyar ən çox ehtiras yaradan tərəvəzlərdən hesab edilir? Xəbəriniz olsun ki, pomidor yalnız vücudunuzda qanı artırmır, eyni zamanda cinsi istəyinizi də artırır.

İndi isə bu dadlı yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlara diqqət yetirək:

2 ədəd pomidor;
2 ədəd bolqar bibəri;
1 ədəd iri soğan;
3 ədəd yumurta;
Yağ, duz, istiot.
İndi isə yeməyimizi hazırlaya bilərik.
Əvvəlcə soğanı soyub, xırda-xırda doğrayıb qızardırıq. O qızardığı vaxt pomidorları və bibərləri doğrayır, qızardıqdan sonra isə bibəri yağ soğana əlavə edirik. Bibərlər bişdikdən sonra pomidorları bu qarışığa qatırıq. Pomidorla soğan yaxşıca bişdiyi vaxt ayrı qabda yumurtaları çalıb, ona duz istiot tökərək yaxşıca qarışdırırıq. Pomidor bişdikdən sonra isə onun üzərinə əlavə edirik. 10-15 dəqiqə gözləyirik və budur yeməyimiz hazırdır.
Bu qədər asan.
Nuş olsun!


Tarix: 07.01.2015 / 12:14 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Aşbaz Abbas
loading...