İsti havalarda mümkün olduğu qədər ağır, yağlı yeməklərdən uzaq durmağa çalışırırq. Bu zaman əsasən yüngül, bol tərəvəzli qidalara üstünlük veririk. Havaların get-gedə istiləşməsini nəzərə alaraq elə biz də bu dəfə sizinlə asan hazırlanan və bu fəsilə tam uyğun, bol tərəvəzli bir salatın reseptin bölüşməək istəyirik.
Yaz salatının hazırlanması üçün bizə lazımdır:
200 qram ağ pendir
100-150 qram suxarı
1 ədəd kahı
Keşniş, şüyüd, göy soğan
Mayonez
Zövqə görə duz
Hazırlanması:
Əvvəlcə göyərtiləri (keşniş, şüyüd, göy soğanı) xırda-xırda, kahını isə digər göyətilərə nisbətən daha qalın formada doğrayırıq. Pendiri də kubik formasında doğradıqdan sonra qabın içinə ilk olaraq kahı yarpaqlarını və yerdə qalan ərzaqların hamısını əlavə edib qarışdırırıq. Sonda mayonezi və duzu da əlavə edib qarışdırdıqdan sonra salatın daha dadlı olması üçün 15-20 dəqiqə kimi gözləyirik. Və budur, artıq əl işimiz süfrəyə təqdim edilməyə hazırdır.
Nuş olsun!
Tarix: 07.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Aşbaz Abbas