Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər üçün kakaolu keks

Kişilərin böyük hissəsi şirniyyatı sevir. Bu danılmaz həqiqətdir .Çox hallarda mağazalarda satılan hazır şirniyyatlara üstünlük versək də, mütəxəssislərin sözlərinə görə, bu kimi qidalar orqanizm üçün zərərlidir. Çünki hazır şirniyyatların uzun müddət öz görünüşünü qoruyub saxlaması üçün onlara mənşəyi bilinməyən müxtəlif kimyəvi maddələr əlavə edilir. Buna görə də ən məqsədəuyğun variant öz sevimli şirniyyatınızı özünüzün hazırlamağınızdır. Elə bu məqsədlə də indi sizinlə bəyənəcəyinizi düşündüyümüz bir şirniyyatın reseptini bölüşmək istəyirik.

Kakaolu keks hazırlamaq üçün bizə lazımdır:
200 qram kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım qaşıq toz vanil
180 qram un
1 çay qaşığı qabartma tozu
Şəkər pudrası

Hazırlanması: Əvvəlcə kərə yağını sobada əridib soyuması üçün kənara çəkirirk. Soyuduqdan sonra onu iri qaba töküb kakao əlavə edirik. Ayrı bir qabda yumurta, şəkər tozu və vanili mikserlə yaxşıca qarışdırırıq. Yağlı-kakaolu qarışığı yumurtalı qarışığa əlavə edib mikserlə çalırıq. Bu qarışığa un və qabartma tozunu da əlavə edib qarışıdırırıq. Onu 190C-dək qızdırılmış sobada 30-35 dərəcdə bişiririk. Sobadan çıxarıb soyumasını gözləyirik. Soyuduqdan sonra keksi çıxarıb üzərinə şəkər kirşanı ələyirik. Bu qədər. Nuş olsun!


Tarix: 07.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Aşbaz Abbas
loading...