Şirniyyatlar → Kəsmikli badam ləzzəti (Uşaqlar üçün)
                        Ərzaqlar:
700-800 q kəsmik
 400 ml süd
 3 yumurta
 1 limon
 100 q badam
 100 q kişmiş
 2/3 st. şəkər tozu
 1 x.q nişasta
 1/2 ç.q. duz
vanil
 50 q kərə yağı
Hazırlanma qaydası:
Əvvəlcə qozu və limonun qabığını (sedra üçün) sürtgəcdən keçirin. Südü, kəsmiyi, yumurtaların sarısını, şəkər, limon qabığı, badam, vanil, nişasta, kişmişi qarışdırın. Yumurtaların ağını ayrıca, duzla çalın. Sonra o biri qarışığa əlavə edin. Dərin sinini yağlayıb qarışığı içinə tökün, sonra üzərinə kərə yağından dilimlər kəsib qoyun. 170 dərəcədə 40-50 dəqiqə, üstü azca qızarana qədər sobada bişirin. Soyuduqdan sonra doğrayın. Südlə, çay və ya qəhvə ilə masaya verə bilərsiniz.
Nuş olsun!                        Ardı »
                
 
                          
                          
                         