Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DolmalarZeytunyağlı Bibər Dolması

[color=#fd5b36]Hazırlanması çox rahatdır. Bibər dolmasını axşam dəvətlərinizdə yeməkdən öncə “soyuq başlanğıc” kimi təqdim edə bilərsiniz.

Ləzzəti və qoxusuyla dəvətinizin ən ləziz yeməyi olacaq.

8 nəfərlik Bişmə müddəti 15 -20 dəqiqə
İçindəkilər:
12 ədəd dolmalıq yaşıl bibər
1 stəkan düyü (20 dəqiqə duzlu isti suda isladılan və süzülən düyü)
4 ədəd orta ölçülü quru soğan
1 stəkan zeytun yağı
3 xörək qaşığı quş üzümü (suda isladılmışi)
1 dəstə şüyüd
1 çay qaşığı darçın
Yarım çay qaşığı duz
qara bibər
1 çay qaşığı şəkər
1 ədəd limon suyu
Hazırlanması:

Bibərlərin içini çıxarın, yuyun bir kənara qoyun. İçini hazırla-maq üçün, sürtkəcdən keçirdiyiniz soğanları zeytun yağında qovurun. Üzərinə isti və duzlu suda isladıb süzdüyünüz düyünü əlavə edin və 5 dəqiqə qovurun.

1 Ardı »

DolmalarSoğan dolması

Qoyun əti – 163q,

baş soğan – 178q,

düyü - 15q,

qoyun quyruğu – 20q,

ərinmiş yağ – 20q,

qatıq – 50q,

darçın – 0,1q,

istiot – 0,1q,

duz.


Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur. Ardı »

DolmalarKilkə balığından dolma resepti

Tərkibi:
1 kiloqram kilkə balığı
1 baş quru soğan
0,5 dəstə incə doğranmış ispanaq
2 diş döyülmüş sarımsaq
Qara bibər
Pul bibər
Duz

Qızartmaq üçün:
2 yumurta
2 stəkan qarğıdalı unu və ya adi un
0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı

Hazırlanması:
Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun.
Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.
Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin.
Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.

Nuş olsun! Ardı »

DolmalarQuzuqulağı dolması resepti

Tərkibi:
1/2 kq buğda yarması
4-5 sap göy soğan
2-3 xörək qaşığı tomat pastası
2-3 xörək qaşığı zeytun yağı
Cəfəri
Nanə
Duz
Qara istiot

Hazırlanması:
Buğda yarmasını bir qaba qoyub üzərini örtəcək qədər qaynar su da qaynadın.
Suyu çəkilən kimi tomat pastası əlavə edin.
Cəfəri, nanə, göy soğan, istiot, duz və zeytun yağı əlavə edin və qarışdırın.
Digər tərəfdə quzuqulağının damarlı hissələrini bıçaqla sıyırıb böyüklüyünə görə 2 və ya 3 hissəyə bölün.
Yaxşıca yaxaladıqdan sonra böyük bir qazanda duzlu su qaynadın.
Quzuqulağını qaynayan suyun içinə atıb tərs üzünə çevirin və tez çıxardın. (Çox saxlamayın, yarpaqlar incə olduğundan çox saxladıqda dağılır.)
Daha sonra quzuqulağını parlaq tərəfi içəridə qalacaq şəkildə içini doldurun və yarpaq dolmasını bükdüyünüz kimi bükün.
Qazana Ardı »

DolmalarƏtli qırmızı bibər dolması resepti

Tərkibi:
18 ədəd orta ölçülü qırmızı bibər
300 qram orta yağlı dolmalıq qıyma
3 su stəkanı düyü
Bir yarım kq ağ quru soğan
1 dəstə cəfəri
3 diş döyülmüş sarmısaq
1 çay qaşığı kəklikotu, nanə
Bir yarım xörək qaşığı bibər tomatı
1 xörək qaşığı sous
1 su stəkanı zeytun yağı
Duz

Hazırlanması:
Bibərlərin üst qisimini kəsib içlərini çıxardın və kənara alın. Digər tərəfdən soğanları incəc doğrayın. Qıymağı dərin birqaba alın. Üzərinə yuyunmuş düyüləri, soğanları və doğranmış cəfəriləri əlavə edin. Sarmısağı, ədviyyatları və tomatları da qarışığa əlavə edib yoğurun. Hazırladığınız içliklə bibərlərin təxminən üçdə ikisini doldurun və soba nimçəsinə düzün. Üzərinə bibərləri keçəcək qədər soyuq su və zeytun yağını gəzdirin. Nimçənin üzərini alüminium kağız Ardı »

DolmalarQuru dolma resepti

Tərkibi:
10 ədəd qurudulmuş badımcan
10 ədəd qurudulmuş dolmalıq bibər
500 gr orta yağlı qıyma
1 çay stəkanı incə yarma
1 su stəkanı düyü
1 su stəkanı qaynadılmış noxud
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı pomidor tomatı
4 ədəd orta ölçülü soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı qırmızı bibər

Sous üçün:
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı quru nanə
8 diş sarımsaq
2 xörək qaşığı marqarin
2 xörək qaşığı nar turşu

Hazırlanması:
Quru dolmalıq tərəvəzləri bir gecə əvvəldən isladın. Sabahısı gün yumşalan tərəvəzlərin suyunu süzün. Bir qazana qoyub üzərlərini keçəcək qədər su əlavə edin və 10 dəqiqə qaynadın. Süzüb bir kənara qoyun.
Qıyma, qaynadılmış noxud, yarma, incə doğranmış quru soğan, düyü, Ardı »

DolmalarBalıq dolması resepti

Tərkibi:
Balıq əti – 150q
Soğan - 10q
Üzüm yarpağı – 45q
Keşniş - 20q
Qatıq -50q
İstiot və duz

Hazırlanması:
Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur.

Nuş olsun! Ardı »

DolmalarAlma dolması resepti

Tərkibi:
Qoyun əti – 60 q
Ərinmiş yağ – 10 q
Alma – 200 q
Baş soğan – 15 q
Şəkər – 5 q
Şərab sirkəsi 10 q
Zəfəran – 0,1 q
Duz.

Hazırlanması:
Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır.
Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir.
Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.

Nuş olsun! Ardı »