Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DolmalarHeyva dolması resepti

Tərkibi:
Qoyun əti – 108 q
Heyva – 400 q
Ərimiş yağ – 25 q
Şabalıd - 25 q
Şüyüd - 12 q
Şəkər – 5 q
Duz

Hazırlanması:
Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır.
Heyvanın içi çıxarılıb oraya qiymə doldurulur, üstünə bulyon töküb öz buğunda bişirilir.

Nuş olsun! Ardı »

DolmalarBadimcan dolmasi

[color=#e287f4][b]Badımcan dolması yay, payız fəslində Azərbaycan ailələrində ən çox hazırlanan milli xörəkdir. Bu dolma hazırlanan zaman pomidordan və bolqar bibərindən istifadə edilir. Bunlar dolmanın keyfiyyətini və ləzzətini daha da artırır.

Dolma belə hazırlanır: Mümkün qədər yağlı qoyun, olmadıqda mal ətinin yumşaq yerindən xırda-xırda doğrayıb, ət maşınını xırda gözündən keçirmək lazımdır. Bir az su və duz tökülmüş qazana salınır, qaynamağa qoyulur. Qaynadıqca kəfi alınır, qarışdırılır. Bu zaman bir qaba baş soğan xırda-xırda doğranıb hazır saxlanır. Ətin suyu çəkilib yağa düşdükdə həmin soğan qazana tökülür, yağı azdırsa əlavə yağ salınır. Tez-tez qarışdırılır. Soğan və ət yağın içərisində bir az qovrulur, azca qızaranda götürülür. Belə Ardı »

DolmalarQaymaqlı göbələk dolması resepti

Tərkibi:
400 q göbələk
1 qırmızı bibər
3 x.q. xırda doğranmış cəfəri
2 dilim tost (çörək)
duz
qara istiot
60 q sürtgəcdən keçirilmimş holland pendiri
1 diş sarımsaq
30 q kərə yağı
1 x.q. qaymaq

Hazırlanması:
Göbələyin ayaqlarını çıxarın. Limonlu suda bir qədər saxlayın. Ayaqlarını xırda doğrayıb duzlu suda bişirin, bir kasaya yığın. Qıraqları kəsilib çıxarılmış tostları xırdalayın. Doğrayıb bişirdiyiniz göbələk ayaqları ilə qarışdırın. Sarımsağı sürtgəcdən keçirin, qırmızı bibəri xırda doğrayın, duz, qara istiot, cəfəri, sürtgəcdən keçirilmiş holland pendiri və qaymağı da buraya əlavə edin, qarışdırın.

Göbələkləri limonlu sudan çıxarın, siniyə düzün. İçlərinə kərə yağından az-az kəsib qoyun, 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sobadan çıxarın, qaymaqlı qarışığı içlərinə doldurun. Yenə sobaya qoyub Ardı »

DolmalarHeyva dolması

Qoyun əti – 108q,

heyva – 400q,

ərimiş yağ – 25q,

şabalıd - 25q,

şüyüd - 12q,

şəkər – 5q,

duz.


Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır. Heyvanın içi çıxarılıb oraya qiymə doldurulur, üstünə bulyon töküb öz buğunda bişirilir. Ardı »

DolmalarBadımcan, Bibər və Pomidor Dolması

[c][color=#fe5e5e][i][b]BADIMCAN, BİBƏR VƏ POMİDOR DOLMASI

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

6 ədəd kiçik badımcan (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

İçi Üçün:

4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan – soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər – xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
Ardı »

DolmalarUzunsov yarpaq dolması resepti

Tərkibi:
1 kq tənək yarpağı
1 baş doğranmış soğan
2-3 diş doğranmış sarımsaq
250 qram orta yağlı dana əti
1 stəkan dolmalıq düyü
2 xörək qaşığı əridilmiş kərə yağı
1 xörək qaşığı tomat
1 xörək qaşığı bibər sousu
1/2 dəstə doğranmış cəfəri
Duz
Qara bibər
Reyhan
Quru nanə
Pul bibər

Üstü üçün:
2-3 xörək qaşığı tomat püresi
Kiçik kərə yağı parçası

Hazırlanması:
Tənək yarpaqlarını saplaqlarını kəsin, duzlu suda qaynadın.
Qabın içinə düyünü və bütün inqradientləri tökərək qarışdırın.
Tənək yarpaqları kiçik parçalara ayrılandan sonra hazırlanmış içdən bir çay qaşığı qoyaraq dolma şəklində sarıyın.
Geniş qazana düzərək üzərinə tomat püresi tökün və bişirin.

Nuş olsun! Ardı »

DolmalarBasdırmalı-pendirli göbələk dolması resepti

Tərkibi:
500 q göbələk
100 q holland pendiri
50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 dəstə cəfəri
2 x.q. kərə yağı
duz
istiot

Hazırlanması:
Göbələklərin ayaqlarını çıxarın. Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin. Pendiri və basdırmanı kubik şəklində doğrayın. Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.

Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun! Ardı »

DolmalarKüncütlü badımcan dolması resepti

Tərkibi:
100 qr toyuq qıyması
12 ədəd kiçik badımcan
2 ədəd təzə soğan
1 xörək qaşığı soya sousu
3 xörək qaşığı duru yağ
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Sous üçün:
4 xörək qaşığı soya sousu
1 paket tərəvəz bulyon

Hazırlanması:
Tavaya toyuq qıyması, doğranmış təzə soğan, soya sousu, duru yağ, istiot və duz əlavə edib, qovurun. Badımcanın sap qisimlərini kəsib yuyun. Hər birinə 4 dənə uzun yarıqlar açın. Toyuqlu içliyi kəsdiyiniz qisimə doldurub küncütə bulayın. Badımcanı bol yağda çevirərək qızardın. Kağız dəsmal üstündə çox yağını alıb sousla birlikdə servis edin.
Sous üçün, kiçik bir qazana 1 çay stəkanı su, tərəvəz bulyonu və soya sousunu əlavə edib, bir müddət qaynadın.

Nuş olsun! Ardı »