Dolmalar → Qarabaşaqlı bibər dolması resepti
Tərkibi:
4 bibər
1 yerkökü
0,5 st. qarabaşaq
150 q adıgey pendiri
0,5 ç.q. qara istiot
0,5 ç.q. sarıkök
0,5 ç.q. zirə
1 ç.q. duz
3 x.q. ərinmiş yağ
0,5 st. xama
1 x.q. xardal
cəfəri
şüyüd
Hazırlanması:
Qarabaşağı yuyun. Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Pendiri əlinizlə xırdalayın.
Tavada 2 x.q. yağı qızdırın, zirə tökün. Onun dənələrinin şişib azca qaralmasını gözləyin.
İstiot və sarıkök əlavə edin. 5 saniyə sonra sürtgəcdən keçirilmiş yerkökü əlavə edin, qarışdırın.
6 dəqiqə sonra pendiri əlavə edin. Bir neçə dəqiqədən sonra qarabaşağı əlavə edin. Duz vurub qarışdırın, sonra 1:2-yə nisbətdə su əlavə edin. Tavanın qapağını örtüb vam odda bişirin.
Bibərləri yuyun, papaqlarını kəsin, toxumunu təmizləyin. Bibərlərin üzərinə qaynar su tökün (bu, onları yumşaldır və acısı Ardı »