Tərkibi:
18 ədəd orta ölçülü qırmızı bibər
300 qram orta yağlı dolmalıq qıyma
3 su stəkanı düyü
Bir yarım kq ağ quru soğan
1 dəstə cəfəri
3 diş döyülmüş sarmısaq
1 çay qaşığı kəklikotu, nanə
Bir yarım xörək qaşığı bibər tomatı
1 xörək qaşığı sous
1 su stəkanı zeytun yağı
Duz
Hazırlanması:
Bibərlərin üst qisimini kəsib içlərini çıxardın və kənara alın. Digər tərəfdən soğanları incəc doğrayın. Qıymağı dərin birqaba alın. Üzərinə yuyunmuş düyüləri, soğanları və doğranmış cəfəriləri əlavə edin. Sarmısağı, ədviyyatları və tomatları da qarışığa əlavə edib yoğurun. Hazırladığınız içliklə bibərlərin təxminən üçdə ikisini doldurun və soba nimçəsinə düzün. Üzərinə bibərləri keçəcək qədər soyuq su və zeytun yağını gəzdirin. Nimçənin üzərini alüminium kağız ilə bağlayın. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 40 dəqiqə bişirin. Müddətin sonunda kağızı çıxardıb bibərlərin üzəri qızarana qədər sobada saxlayın. Daha sonra sobadan çıxardıb isti olaraq servis edin.
Nuş olsun!
Tarix: 25.11.2014 / 14:56 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Dolmalar