Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DolmalarFıstıqlı yalançı dolma resepti

Tərkibi:
250 q yarpaq
1 st. düyü
6 baş soğan
1 x.q. ovulmuş quru nanə
1 x.q. şəkər tozu
2 st. su
1 limon
duz
qara istiot
0,5 st. quşüzümü
0,5 st. sidr qozası (şam fıstığı, dolmalıq fıstıq)

Hazırlanması:
Düyünü təmizləyib yuyun. Xırda doğranmış soğanı yağda qızarınca qovurun. Düyünün suyunu süzüb soğana əlavə edin, taxta qaşıqla qarışdıraraq qovurun. Duz, istiot, quru nanə, quşüzümü, sidr qozası (dolmalıq şam fıstığı) əlavə edib qarışdırın. Şəkər tozu və isti su əlavə edib düyü diri qalacaq şəkildə, suyunu çəkənədək bişirin.

Qazanın dibinə yarpaq döşəyin. Uzun dolmalar büküb qazanda yaxın-yaxın düzün, üzərinə bir limonun şirəsini sıxın, üstünə boşqab qoyub su əlavə edin, orta itilikli ocaqda 1 saat bişirin.

Nuş olsun! Ardı »

DolmalarŞirin bibər dolması resepti

Tərkibi:
1 kilo rəngbərəng xırda bibərlər (qırmızı, sarı və narıncı)

İçi Üçün:
2 baş soğan – xırda-xırda doğrayın (2 stəkan)
Yarım stəkan zeytun yağı
Yarım xörək qaşığı tomat

Yarım xörək qaşığı qırmızı bibər məti (tomat kimi olur, amma bibərdən hazırlanır – turkçə Bibər salçası adlanır)
1 stəkan + bir stəkanın dörtdə biri qədər yumru düyü – yuyub süzün
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı narın ovulmuş quru nanə
1 çay qaşığı duz

Digər ərzaqlar:
2 stəkan su
Üstü üçün zeytun yağı (zəruri deyil)

Harırlanması:
Əvvəlcə içi hazırlayın. Soğanı bir tavada yağsız öldürün. Zeytun yağını əlavə edin. Yağ qızanda (soğan sadəcə yumuşalmalıdır, qızarmalı deyil) tomatı və bibər mətini əlavə edib, qarışdırın. Düyü və şəkəri də Ardı »

DolmalarYarpaq dolması resepti

150 gr təzə ya da konservləşmiş üzüm yarpaqı

500 gr qoyun ya da mal qiyməsi (50/50 də olar)

200 gr çıkilmiş baş soğan

Duz

İstiot

Göyərti: keşniş, şüyüd, nanə, tarxun

50 gr noxud, bişirilmiş və yarıya bölünmüş (adətən noxud istifadə olunmur, amma biz noxudlu xoşlayırıq)

50 gr çiy düyü


Göyərtini yuyub doğrayın. Düyünü yuyun, əgər noxud qatmaq istəsəniz, bişirib ikiyə bölün. Qiyməni soğanla qarışdırıb, düyünü, xırdalanmış göyərtini, noxudu, duzu və istiotu əlavə edin. Kütləni yaxşı qarışdırın. Üzüm yarpaqlarını yuyub üstünə qaynar su tökün və 2-3 dəqiqə saxlayın, sonra sudan çıxardın. Qalın dibli qazana azca yağ (bitki yağı da olar) tökün, böyük yarpaqlardan bir neçəsini qazanın dibinə sərin. Bir-bir yarpaqları Ardı »

DolmalarQuru badımcan və bibər dolması resepti

Tərkibi:
10 ədəd quru badımcan
10 ədəd quru bibər
Bir yarım su stəkanı düyü
250 qram qıyma
2 xörək qaşığı soğan
8 diş sarmısaq
2 xörək qaşığı bibər tomatı
1 çay stəkanı duru yağ
1 çay qaşığı limon turşusu
Duz
İstiot

Hazırlanması:
Quru badımcanları yarım saat qaynadın. Ocaqdan götürmədən əvvəl bibərləri əlavə edib, yumşaldın. Dərin bir qaba qıyma, əvvəldən isladılmış düyü, duz, istiot, 1 xörək qaşığı bibər tomatı, incə doğranmış soğan və sarmısaqları əlavə edərək qarışdırın. Hazırlanmış olan vəsaiti bibər və badımcanlara doldurun. Badımcanları alta gələcək şəkildə qazana düzün. 1 litr suya 1 qaşıq bibər tomatı, duru yağ və 1 çay qaşığı limon turşusu əlavə edib, dolmaların üzərinə gəzdirin. Qazanın qapağını bağlayıb, 45 dəqiqə Ardı »

DolmalarKilkə balığından dolma

Ləvazimatlar

1 kiloqram kilkə balığı
1 baş quru soğan
0,5 dəstə incə doğranmış ispanaq
2 diş döyülmüş sarımsaq
Qara bibər
Pul bibər
Duz

Qızartmaq üçün

2 yumurta
2 stəkan qarğıdalı unu və ya adi un
0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı


Hazırlanma qaydası

Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun. Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.

Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin. Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya Ardı »

DolmalarToyuq dolması resepti

Tərkibi:
8 ədəd toyuq budu
1 stəkan göy noxud
2 ədəd kök
1 ədəd orta ölçülü kartof
2 xörək qaşığı rəndələnilmiş kaşar pendiri
2 xörək qaşığı doğranmış şüyüd
1 ədəd orta ölçülü quru soğan
1 xörək qaşığı marqarin
Qara bibər
Duz

Hazırlanması:
Toyuq budunun uc qisimlərindəki sümüyü bıçaq köməyiylə çıxarın. Tavada marqarini əridin və xırda doğradığınız soğanları, bənövşəyiləşənə qədər qovurun.
İçinə kiçik-kiçik doğradığınız kartofları və kökləri atıb 4-5 dəqiqə də az odda qovurun. Qovurduğunuz kartof və köklərin içinə göy noxud, doğranmış şüyüd, qara bibər, duz və 1 stəkan su əlavə edib 15 dəqiqə bişirin. Budun uc qisimlərində olan boşluğun içinə, hazırladığınız göy noxudlu içlikdən 1 xörək qaşığı qoyub, ucundan bağlayın. İçlərini doldurduğunuz budları soba Ardı »

DolmalarZeytun yağlı sarma resepti

Tərkibi:
1 kq üzüm yarpağı
200 q.düyü
2 ədəd soğan
1-2 qaşıq tomat pastası
Cəfəri
Reyhan
Nanə
Kəklikotu
Qara istiot
Duz

Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb zeytun yağında qovururuq.
Düyünü, tomat pastasını və ədviyyatları əlavə edib qovurmağa davam edirik və ocağın üstündən götürürük.
Hazırlanmış içliyi Saville üzüm yarpaqlarına uzunsov şəkildə bükürük .
Qazana düzüb, üzərinə su tökərək bir az da yağ əlavə edirik və az odun üzərində bişməyə qoyuruq.

Nuş olsun! Ardı »