Soğan dolması
Qoyun əti – 163q,
baş soğan – 178q,
düyü - 15q,
qoyun quyruğu – 20q,
ərinmiş yağ – 20q,
qatıq – 50q,
darçın – 0,1q,
istiot – 0,1q,
duz.
Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.
Tarix: 12.12.2012 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Dolmalar
loading...