Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeytunyağlı Bibər Dolması

Hazırlanması çox rahatdır. Bibər dolmasını axşam dəvətlərinizdə yeməkdən öncə “soyuq başlanğıc” kimi təqdim edə bilərsiniz.

Ləzzəti və qoxusuyla dəvətinizin ən ləziz yeməyi olacaq.

8 nəfərlik Bişmə müddəti 15 -20 dəqiqə
İçindəkilər:
12 ədəd dolmalıq yaşıl bibər
1 stəkan düyü (20 dəqiqə duzlu isti suda isladılan və süzülən düyü)
4 ədəd orta ölçülü quru soğan
1 stəkan zeytun yağı
3 xörək qaşığı quş üzümü (suda isladılmışi)
1 dəstə şüyüd
1 çay qaşığı darçın
Yarım çay qaşığı duz
qara bibər
1 çay qaşığı şəkər
1 ədəd limon suyu
Hazırlanması:

Bibərlərin içini çıxarın, yuyun bir kənara qoyun. İçini hazırla-maq üçün, sürtkəcdən keçirdiyiniz soğanları zeytun yağında qovurun. Üzərinə isti və duzlu suda isladıb süzdüyünüz düyünü əlavə edin və 5 dəqiqə qovurun.

1 stəkan isti suyu düyüyə əlavə edib orta dərəcəli ocaqda suyunu çəkincəyə qədər qapağı qapalı vəziyyətdə bişirin və ocağın altını söndürün. 10-15 dəqiqə qapağı açmadan dəmləndirin.

Sonra düyüyə incə doğradığınız şüyüd, quş üzümü, darçın, duz, qara bibər, şəkəri və ən son limon suyunu əlavə edin və qarışdırın. Sonra bir xörək qaşığı ölçüsündə bibərin içinə dol-durub qazana düzün. Üzərinə 2 stəkan isti su töküb, bibərlər yumşalana qədər bişirin və soyudub servis edin.


Tarix: 28.12.2012 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Dolmalar
loading...