Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmÖmrün şəhidlik zirvəsi (kitab)

Ömrün şəhidlik zirvəsi - Şəhid Kərimov Yasif Fəzi oğlunun əziz xatirəsinə həsr olunmuş kitab.

Kitabın məsləhətçisi professor Azər Kərimov, toplayıb tərtib edəni və redaktoru isə “Qızıl qələm” mükafatı laureatı Araz Yaquboğludur.

Kitab 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə 500 nüsxə ilə çap olunmuşdur. Kitab 160 səhifədən (16 səhifə əlavə rəngli şəkil olmaqla) ibarətdir.

Kitab Qarabağ müharibəsində şəhid olmuş Kərimov Yasif Fəzi oğlunun əziz xatirəsinə həsr olunmuşdur. Kitabda şəhidin babası, Rəsullular nəslinin igid el qəhrəmanı, sərkərdə Məşədi Qasımın XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlar, II Dünya Müharibəsində Rəsullular nəslindən həlak olan və itkin düşənlər haqqında da geniş məlumatlar verilmişdir. Əsgər sülaləsi Ardı »

Kitablar elmZoqar

“Zoqar” (ibranicə “şəfəq”, “işıq” deməkdir) Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II-III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir.

Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə “Zoqar” adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Ardı »

Kitablar elmRio-Pyedranın sahilində oturdum və ağladım (əsər)

"Rio-Pyedranın sahilində oturdum və ağladım" - Paulo Koelyo tərəfindən yazılmış roman.
[redaktə]
Məzmun

Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, Ardı »

Kitablar elmDaşkənd və daşkəndlilər (kitab)

Daşkənd və daşkəndlilər — Göyçə mahalı Basarkeçər rayonu Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar, ailə başçılarının 2012-ci ilə olan siyahısı və telefon nömrələri[1].Mündəricat [gizlə]
1 Kitab haqqında
2 Kitabda məqalələri çap olunan müəlliflər
3 Kitabda şeirləri çap olunan aşıq və şairlər
4 Mənbə
5 İstinadlar

[redaktə]
Kitab haqqında

Kitabın ideya müəllifi və məsləhətçisi Rüstəm Dastanoğlu, tərtib edəni və redaktoru Araz Yaquboğlu, toplayanı isə Əfəndi Babayevdir.

Bu kitabda tarixi Azərbaycan ərazisi olan Göyçə mahalında yerləşən Daşkənd kəndinin tarixi və coğrafiyasına aid məqalələr, Göyçə aşıqlarının, bu kəndin məşhur qələm sahiblərinin xalqımıza, Göyçə və Daşkəndə həsr olunmuş şeirləri də öz əksini tapmışdır.

Bununla yanaşı, kitabda yaşadıqları şəhər və rayonlar üzrə olmaqla Daşkənddən Ardı »

Kitablar elmMənim gözəl alibim (kitab)

"Mənim gözəl alibim" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.
[redaktə]
Məzmun

Bu kitab əvvəllər Əfqanıstan müharibəsində döyüşüb qolunu itirmiş, lakin taleyin gərdişindən sonradan killerə çevrilən zabitin faciəvi həyat yolundan bəhs edir. Qüdrətli dövlət dağılandan sonra əvvəl mötəbər vəzifə sahibi sayılan zabit lazımsız, artıq bir insana dönür...
Milyonlarla insanların faciəsi bir nəfərin timsalında qabarıq çalarla təsvir olunmuşdur. Ardı »

Kitablar elmLüğət

Lüğət - Müəyyən üslubla düzülən, mənası və ya tərcümçəsi verilən və tələffüzü göstərilən sözlərin toplusudur. Müasir lüğətlər adətən əlifba sırası ilə düzülür. Lüğətlər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz əksini tapır və elmin normativ vəziyyətini əks edən mənbəyə çevrilir.[1]Mündəricat [gizlə]
1 Tarixi
2 Azərbaycanca Lüğət Mənbələri
3 Filoloji lüğətlər
4 İstinadlar
5 Xarici keçidlər

[redaktə]
Tarixi

Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar.

Orta əsrlərin lüğətləri Ardı »

Kitablar elmHardan düşdün yadıma sən... (kitab)

Hardan düşdün yadıma sən... — kitab
Tərtib edəni: Aygün Əsgərоva
Redaktоr: Arif Məmmədli
Ön sözün müəllifi: Eldar İsmayıl
Sponsuru: Lətif Əsədov

“Hardan düşdün yadıma sən...” kitabı оn ildən artıq (1998-ci ildən) yaradıcılıq yоlu keçmiş, gənc şair Qılman İmanlının охucularla ikinci görüşüdür. Kitabda Qılman İmanlının təkrarsız düşüncələrinin məhsulu оlan şeirləri tоplanmışdır.

Qılman İmanlının “Hardan düşdün yadıma sən...” kitabına şair-publisist Eldar İsmayıl “Pоeziya əks-sədadır…” adlı ön söz yazmışdır. Ön sözdə deyilir: “Qılmanı ədəbi ictimayyətə daha çох sevdirən də оnun lirik şeirləridi. “Vağzalı çalınır”, “Nakamlar uyuyan məzarıstanda”, “Başım üstə” və bu qəbildən оlan uğurlu şeirləri pоeziya vurğunlarının dоdaqlarında qanadlanmaqdadır.” Ardı »

Kitablar elmDon Kixot

Don Kixot (isp. Don Quijote, Don Quixote) — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı.

Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır.

Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır.

Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına Ardı »