Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rio-Pyedranın sahilində oturdum və ağladım (əsər)

"Rio-Pyedranın sahilində oturdum və ağladım" - Paulo Koelyo tərəfindən yazılmış roman.

Məzmun

Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez danışmağa başlayır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir günlük Madirdə yollanır. Əsil hekayət də elə bu nöqtədən başlayır...


Tarix: 14.03.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Kitablar elm
loading...