Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmQaradağ xanlığı (kitab)

Kitabın mövzusu

Tanınmış jurnalist-yazıçı, Ənvər Çingizoğlu və Bakı Slavyan Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Mahal Qacarın “Qaradağ xanlığı“ adlı monoqrafik kitabı bu günlərdə nəşr olunub. Kitab Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub. “Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlıdır.

Kitab giriş və səkkiz fəsildən ibarətdir: Qaradağın tarixinə nəzər; Qaradağ xanlığının yaranması tarixindən; xanlığın ictimai-siyasi yaşamı; inzibati quruluşu, idarəetmə aparatı; Qaradağ xanlığının qonşu xanlıqlarla münasibəti; sosial-iqtisadi vəziyyəti və mədəniyyəti.

Əsərin giriş hissəsində göstərilir ki, Azərbaycanın cənub xanlıqları arasında özünün siyasi və ictimai-iqtisadi Ardı »

Kitablar elm"Xəzər"in Sorağında

Xəzər Universitetinin yaradılma tarixi. Xəzər Universitetinin yaradılma tarixi haqqında Hamlet İsaxanlı tərəfindən yazılmış kitab.

Xəzər Universitetinin əsası 1991-ci ildə professor Hamlet İsaxanlı tərəfindən qoyulub. Xəzər Universitetinin əsasının qoyulması Sovet hakimiyyətindən müstəqilliyə olan keçid dövrünə təsadüf edir və Azərbaycanda yaradılan ilk özəl universitet kimi mühüm əhəmiyyət kəsb edir.Mündəricat [gizlə]
1 Giriş
2 Xəzər Universiteti ideyası necə yarandı?
3 Əsas problemlər və gələcək haqqında düşüncələr
4 Mənbə
5 Həmçinin bax
6 Xarixi keçidlər

[redaktə]
Giriş

1990-cı ilin payızında professor Hamlet İsaxanlının ideyası əsasında yeni ali məktəb yaradılmasına başlanıldı. Bu fəaliyyətə nə üçün başlanıldı? İş necə getdi? Nə vaxt nə iş görüldü? Hansı çətinliklər meydana çıxdı və onlar necə aradan qaldırıldı? Bu Ardı »

Kitablar elmMoisey Kalankatuklu Albaniya Tarixi/Mxitar Qoş Alban Salnaməsi (kitab)

Moisey Kalankatuklu Albaniya Tarixi:Mxitar Qoş Alban Salnaməsi - kitab 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən "AVRASİYA PRESS" nəşriyyatında çap edilmişdir. Kitaba Azərbaycan tarixi üçün böyük əhəmiyyəti olan və erkən yerli mənbələrdən hesab edilən mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatuklunun Qafqaz Albaniyası hökmdarı Cavanşirin əmri ilə yazdığı Alban ölkəsinin tarixi əsəri və eləcə də mənşəcə qafqaz albanlarından olan salnaməçi-hüquqşünas Mxitar Qoşun tamamlanmamış Alban salnamələri əsərləri daxil edilmişdir.

Alban ölkəsinin tarixi əsərinin orijinalı (alban dilində olanı) Erməni Qriqoryan Kilsəsi nümayəndələri tərəfindən məhv edildiyindən əsər dövrümüzə qrabarca (qədim erməni dili) çatmışdır. Mxitar Qoş isə əsərini qrabar dilində yazmışdır. Hər iki əsəri Ardı »

Kitablar elmSaturnun tövbəsi (kitab)

"Saturnun tövbəsi" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.
[redaktə]
Məzmun

Qədim Roma mifologiyasına görə, əkin-səpin allahı Saturn anasının təhriki ilə övladlarına nifrət edən atası Urana əl qaldırır və hakimiyyəti əlinə alaraq onun yerinə keçir. Özü valideyninə qarşı göstərdiyi münasibətdən xoflanan Saturn, sonradan bu aqibətin təkrarlanacağından qorxaraq, övladları Vesta, Demetra, Yunona, Ork, Neptunu diri-diri gəmirərək udur...
Çingiz Abdullayevin "Mənim gözəl alibim" və "Üçüncü variant" kitablarının əsas qəhrəmanı Solaxay ləqəbli killerin mifologiyanın qəhrəmanı Saturna nə kimi bənzəri ola bilər? Amansız həyat hətta ata-oğul münasibətlərinə də öz düzəlişlərini verir. Müharibə, iztirablara yanmayan həyat yoldaşının qeyri-insani hərəkətləri, hətta dövlətin dağılması bu miqyasda kiçicik görünə Ardı »

Kitablar elmVandalizm:Tarixi Adlara Qarşı Soyqırımı (kitab)

Vandalizm:Tarixi Adlara Qarşı Soyqırımı - kitab 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "TƏHSİL" nəşriyyatında çap edilib.

Kitabın ideya və ön söz müəllfi akademik Yaqub Mahmudov, tərtib edəni Nazim Mustafa, elmi redaktoru Elmar Məhərrəmovdur. Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində XIX əsrin əvvəllərindən günümüzə kimi tarixi faktları təhrif etmək məqsədiy ilə azərbaycan-türk mənşəli toponimlərin dəyişdirilməsinə dair faktlar toplanmış, dəyişdirilmiş toponimlər, həmçinin dəyişdirilmə tarixi əlifba sırasıyla verilmişdir.
[redaktə]
Kitabdan sitatlar

Bu gün erməni millətçiləri beynəlxalq ictimaiyyətin gözləri qarşısında Cənubi Qafqazın tarixi keçmişini saxtalaşdırmaqda davam edirlər. Bu yaxınlarda (23.01.2006) Ermənistan Respublikası höküməti yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Ardı »

Kitablar elmHamlet İsaxanlı: Bu dünyaya nə gətirdim?

Knyaz Aslan və Vahid Ömərlinin professor Hamlet İsaxanlının həyat və fəaliyyətinə həsr olunmuş "Bu dünyaya nə gətirdim" kitabı 2005-ci ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüşdür.[1] Kitab iki dildə -azərbaycanca və rusca yazılmışdır. İki dildəki məzmun eynidir.Mündəricat [gizlə]
1 Məzmun
2 Mənbə
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Məzmun

Professor Hamlet İsayev (İsaxanlı)
Ömür yolu. Qısa xronika
Elm və təhsil qurucusu
Riyaziyyatçı alim
Şair və tərcüməçi
Humanitar və sosial elmlər üzrə tədqiqatçı
Redaktorluq fəaliyyəti
Beynəlxalq fəaliyyət
Xalq arasında. İnsani keyfiyyətlər
Xeyriyyəçilik
Nəsil.Ailə
Hamlet İsayev (İsaxanlı) haqqında əsərlər
Yazılanlardan seçmələr Ardı »

Kitablar elmƏl İrşad

Haqqında

14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336-413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır.

Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının Ardı »

Kitablar elmHacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)

Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib.[1]
[redaktə]
Kitabın haqqında

Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. [2] Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və Ardı »