Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmRus-türk müharibələrində ermənilərin iştirakı (kitab)

Haqqında

Kitab AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur.

“Azərbaycanlıların soyqırımı haqqında” Respublika prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı əsasında hazırlanmışdır.
Elmi məsləhətçi: Yaqub Mahmudov əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,tarix elmləri doktoru, professor
Redaktorları: Cəbi Bəhramov (t.ü. fəlsəfə doktoru)
Hacı Həsənov (t.ü. fəlsəfə doktoru)

Kitabda “Böyük Rusiya” uğrunda rusların, “Böyük Ermənistan” uğrunda ermənilərin birgə qüvvələrlə türk torpaqlarında apardıqları qanlı müharibələrdən, türklərə qarşı törətdikləri dəhşət və vəhşətlərdən bəhs edilir. Ardı »

Kitablar elmŞəhər və itlər

Şəhər və itlər (isp.:La ciudad y los perros, 1962) - Nobel mükafatçısı Mario Varqas Lyosanın ilk romanı. Romanda Limanın Leonsio Prado adına hərbi məktəbində baş verən olaylardan bəhs edilir. Ardı »

Kitablar elmHarvard Universitetinin Kitabxanası

Harvard Universitetinin Kitabxanası — ABŞ-da kitabxana

Harvard Universitetinin Kitabxanası (ABŞ) özündə kollec, muzey, məktəb, elmi-tədqiqat mərkəzləri və s. olmaqla 100-ə yaxın müəssisənin kitabxanasını birləşdirir. Bu dünyada ən böyük akademik kitabxana sistemidir. Bu cür sistemin təməli 1638-ci ildə qoyulub. Con Harvard adlı zadəgan öz vəsaiti hesabına kollec yaradır və kollecə özünün 400 cildlik şəxsi kitabxanasını və var-dövlətinin yarısını bağışlayır. Bir ildən sonra kollecə onun adı verilir. Müasir dövrümüzə qədər bu kitabxanadan ancaq bir neçə kitab gəlib çatıb. Beləki, 1764-cü ildə baş vermiş yanğın zamanı kitab kolleksiyası məhv olur. Ancaq ayrı-ayrı adamların köməyi və ianələr hesabına kitabların sayı getdikcə çoxalır. Hazırda kitabxananın ümumi kitab Ardı »

Kitablar elmBu da bir həyatdı

"Bu da bir həyatdı" – Hamlet İsaxanlı nın 2004-cü ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər kitabı. Redaktoru – Camal Mustafayev.Mündəricat [gizlə]
1 Fəlsəfi şeirlər
2 Sevgi şeirləri
3 Şeir və şair
4 Şəhər və kənd
5 Köhnə çıraq
6 Xarici dillərdə və xarici ölkələrdə nəşrlər
7 Musiqi
8 Mənbə
9 Həmçinin bax
10 Xarici keçidlər

[redaktə]
Fəlsəfi şeirlər

Kitaba daxil olan "Fikir yükü", "Bu da bir həyatdı", "Ömrün harasındayıq", "Kim kimi yaratdı?", "Qismət", "Ölümə nə var ki?!", "Dalğalarla yan-yana", "Get-gedə", "Arasında", "Ot kökü üstə bitər", "Yollar" və digər şeirlər insanı düşündürən, onu narahat edən fəlsəfi və psixoloji problemlərə aiddir. Bu şeirlərə xas olan bədii tapıntılar, orijinal müşahidələr və incə Ardı »

Kitablar elmGəlin (kitab)

"Gəlin" - Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu.
[redaktə]
Məzmun

Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir.

Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi Ardı »

Kitablar elmLaçın folkloru (kitab)

Laçın folkloru — Azərbaycan folkloru mövzusunda əsərlərlə zəngin kitab.
[redaktə]
Kitab haqqında

Müəllifi İlham Qəhrəmandır.

Kitaba müəllifin uşaqlıqdan üzü bəri eşitdiyi lətifələr, bayatılar, səvələmələr, bəzəmələr, tapmacalar, əfsanələr, söhbətlər, ağılar, deyişmələr və sair kimi şifahi ədəbiyyat nümunələri toplanmışdır.

Xalq dilimizin bədii-estetik gözəlliyini və məna zənginliyini özündə əks etdirən bu nümunələrin folklor araşdırmaçıları, filoloqlar, müəllim və tələbələr, həm də geniş oxucu kütləsi üçün maraqlı bir kitabdır. Ardı »

Kitablar elm"Fərhəngi-türki" lüğəti

"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab

Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi «Fərhəngi-türki» çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. Ardı »

Kitablar elmVətən dili

Vətən dili, I hissə
(1882, tərtibçi: Aleksey Osipoviç Çernyayevski)
Vətən dili, II hissə
(1888, tərtibçilər: Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov)

Azərbaycanda ilk əsaslı dərs vəsaitinin, dərsliyin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır. Bir çox demokrat düşüncəli, tərəqqipərvər pedaqoqların dərs dedikləri bu seminariyada azərbaycanlı, gürcü, rus və digər xalqların övladları Avropa dilləri və ədəbiyyatını, rus dilini, ədəbiyyatını və pedaqogikasını, təbiət, coğrafiya, Ardı »