Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmBizi Vətən yaşadır (kitab)

Redaktоr: Zülfiyyə Şiruyəqızı
Bədii redaktоr: Qılman İmanlı
Ön sözün müəllifi: Əzizə Ağahüseynqızı

Kitaba 10 yaşlı (1997-ci il təvəllüdlü) məktəbli Firuzə Nəsiblinin maraqlı, mənalı şeirləri və hekayələri tоplanmışdır.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şairə-publisist Əzizə Ağahüseynqızı kitabın ön sözündə yazır: "Körpə qızcığazın qəlbindəki vətən həsrətini duymamaq оlmur, mən inamla deyə bilərəm ki, öz imzası ilə şairliyini təsdiq edən tanınmış şairlərin şeirlərində belə güclü bayatı yохdur. Firuzə isə özünün bu bayatılarında təsdiq etdi ki, о dоğrudan da şairədir. Firuzənin şeirlərini охuyanda, eləcə də оnun yazdığı «Balaca Gülşənin yuхusu», «Üç оğlan», «Müəllimlərim», «Yağışın хeyri», «Dоstluq» və «Yersiz tərif» yazıları оnun geniş dünyagörüşünə, iti müşahidə qabiliyyətinə, dərin düşüncəyə Ardı »

Kitablar elmSərab xanlığı (kitab)

Kitabın mövzusu

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Sərab xanlığı” adlı yeni kitabı. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru tarix üzrə fəlsəfə doktoru Mahal Qacar, rəyçilər tarix elmlər doktorları Mais Əmrahov, Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktorları Gültəkin Nəcəfli və Bəhram Məmmədlidir. Kitab görkəmli alim, əməkdar elm xadimi, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xatirəsinə ithaf olunub.

Kitabın giriş hissəsində müəllif təəssüflə bildirir ki, Azərbaycanın cənub xanlıqları arasında özünün siyasi və ictimai-iqtisadi tarixinə görə müstəsnalıq təşkil edən Sərab xanlığı bu günə qədər tarixi ədəbiyyatda lazımınca əksini tapmayıb, tədqiq olunmayıb. Yeni nəşr tariximizin bu səhifələrinin işıqlandırılmasına mühüm töhfədir.

Kitabın yazılmasında XIX yüzilliyin ikinci yarısında rus mütəxəssisləri Ardı »

Kitablar elmAzərbaycan Respublikası Milli Məclisinin kitabxanası

Milli Məclisin kitabxanası - 1997-ci ilin mart ayından fəaliyyət göstərir. Bu kitabxanada Türkiyə Böyük Millət Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə bir hədiyyəsidir. Bütün inventar və avadanlıqlar, kitab rəfləri, oxucu stolları və kompüterləri TBMM hədiyyə etmişdir. [1]Mündəricat [gizlə]
1 Fondu
2 Fəaliyyəti
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Fondu

Kitabxananın kitab fondu 6600 nüsxə kitab və kitabçadan ibarətdir. Bunlardan: 3500 nüsxə azərbaycan dilində, 2200 nüsxə rus dilində olan çap məhsullarıdır. Kitab fondunun komplektləşdirilməsi məcburi nüsxələr və yeni ədəbiyyatın alınması yolu ilə aparılır. Kitabxana cari ildə 42 adda dövri mətbuata, 77 adda jurnala abunə olmuşdur ki, bütün bu çap məhsulları oxucuların istifadəsinə verilmişdir. Kitabxana fondunun 80% hüquqi ədəbiyyat Ardı »

Kitablar elmEyxler dağlaləsi

Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Qazax (Ceyrançöl, Molladağ ətrafında), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, step yaylası, Samur-Dəvəçi və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir.

Poçt markası (1993).Mündəricat [gizlə]
1 Çoxalması
2 Ehtiyatının dəyişilmə səbəbləri
3 Becərilməsi
4 Qəbul edilmiş qorunma tədbirləri
5 Mənbə
6 Xarici keçidlər

[redaktə]
Çoxalması

Toxumla və vegetativ yolla çoxalır.
[redaktə]
Ehtiyatının dəyişilmə səbəbləri

Ot çalınması və mal-qara otarılması.
[redaktə]
Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
[redaktə]
Qəbul edilmiş qorunma tədbirləri

Mühafizəsi üşün xüsusı tədbirlər hazırlanmamışdır.
[redaktə]
Mənbə

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989 Ardı »

Kitablar elmRio-Pyedranın sahilində oturdum və ağladım (əsər)

"Rio-Pyedranın sahilində oturdum və ağladım" - Paulo Koelyo tərəfindən yazılmış roman.
[redaktə]
Məzmun

Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, Ardı »

Kitablar elmSefer qa-Bagir

"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır.

Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir. Ardı »

Kitablar elmKapitan Qrantın uşaqları (roman)

"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman.

Roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrantın və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərdə incə yumor və nikbin ruh hakimdir.Mündəricat [gizlə]
1 Süjet
1.1 Səfərin başlanması
1.2 Cənubi Amerikada axtarış
1.3 Avstraliyada axtarış
1.4 Yeni Zelandiyada axtarış
1.5 Sonluq
2 Elmi əhəmiyyəti
3 Nəşri
4 Ekranlaşdırılması
5 İstinadlar
6 Xarici keçidlər

[redaktə]
Süjet
[redaktə]
Səfərin başlanması

Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic Ardı »

Kitablar elmGülüstani-İrəm

“Gülüstani-İrəm” əsəri

Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında “mənim uzun illər zəhmətimin məhsuludur” – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir. Ardı »