Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerGünaha batma olayı

Xristian antropologiyasının ən mühüm məsələlərindən biri də insanın günaha batması və günahkar halıdır. Tövratın ilk kitabı olan Yaradılış insanların arasında şərin meydana gəlməsini təsvir edir. Tövrat Allahın şərin mənbəyi olmadığını təsdiq edir; insan öz iradəsi, azad seçimi ilə, şüurlu surətdə günah edib, Allahın yolundan azmağı qərara aldı. Günaha batma hekayəsi belə sözlərlə başlanır:

"Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi".[12]

Bu ilanın qadınla söhbət etdiyinə görə, həqiqi mənada ilan olmadığı bəlli olur. İlanın xarici görkəmi Misirin və Babilin abidələrindəki əjdəhanı xatırladır. Tövratın ilk oxucuları bu hekayəni oxuyanda bütpərəstlərin sürünən heyvanlara pərəstişlərini təsəvvürlərinə gətirə bilirdilər. İlanın başqa heyvanlarla müqayisə edilməsi ilə Ardı »

KilselerAnahit kilsəsi

Məbəd Göygöl rayonu Çaykənd kəndi ərazisində yerləşir. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anaid məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub.

Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahid məbədi yaxınlığında düşərgə salmışdı.Bu məlumat onu təsdiq edir ki,Anahid məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahidə (Roma panteonunda qarşılığı Selena) Ardı »

KilselerVulqata

Vulqata (latın dilində versio vulgata – populyar versiya) Stridonlu Hiyeronimus (İyeronim) (340-420) tərəfindən yerinə yetirilən Bibliya tərcüməsidir.

Ondan öncə Romada istifadə olunan Bibliya tərcüməsinin nöqsanlarına görə Roma Yepiskopu Damasus Bibliyanın latın dilinə tərcüməsini redaktə etməyi öz katibi Hiyeronimusa tapşırıb. Hiyeronimus öz dövrünün ən savadlı adamlarından biri idi, yunan və latın dil və ədəbiyyatlarını əla bilirdi. Redaktə ilə kifayətlənməyərək, yeni tərcüməyə başlayıb. Damasus vəfat edəndən sonra Hiyeronimus Fələstinə köçərək ibrani dilini öyrənməyə başlayıb. 382-ci ildən 402-ci ilə qədər Əhdi-Ətiqi və Əhdi-Cədidi orijinal dillərdən tərcümə etməklə məşğul olub.

Hiyeronimusun tərcüməsi sonradan “Vulqata”, yəni “populyar versiya” adlandırılıb. Roma klassik ədəbiyyatını əla bilən Hiyeronimus Bibliya tərcüməsinə də Ardı »

KilselerƏhdi-Cədiddə insan haqqında təlim

Əhdi-Cədiddә teoloji antropologiyaya әn çox toxunan Hәvari Pauldur. O, insan bәdәnini Allah tәrәfindәn yaradılan mәbәd (Ruhun mәskәni) vә möminlәrin bәdәnlәrini Mәsihin bәdәninin üzvlәri hesab edirdi:

"Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir?..."[20]

"Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz".[21]

Hәvari Platondan fərqli olaraq insanın fiziki tәbiәtinə mәnfi yanaşmır, əksinə, Tövratın da təsdiqlədiyi kimi, müsbәt yanaşır. Can vә bәdәn canlı vәhdәt tәşkil edir; insan ölәndә mәhv olan vә dirilmәdә bәrpa edilәcәyi gözlәnilәn bu can-bәdәn vәhdәti Әhdi-Cәdiddә "cismani tәbiәt" adlandırılır. İnsanın yüksәk tәbiәti ruhdur. İnsan bütövlükdә ruh vә "cismani tәbiәt"dәn (prixofiziki can-bәdәn vәhdәti) ibarәtdir.[22] Ardı »

KilselerKonstantinopol Pravoslav Kilsəsi

Konstantinopol Pravoslav Kilsəsi' (yunan. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos) - VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Pravoslav Kilsəsi Pravoslavlıq məzhəbini əsas mərkəzlərindən biri hesab olunur.

1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Pravoslav Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə Ardı »

KilselerEvsevi

Evsebi Pamfil - İlk dövr xristian ilahiyyatçılarından biri (263-340)
[redaktə]
Həyatı

Məşhur xristian ilahiyyatçısı Evsebi Pamfil Fələstində, yunan ailəsində dünyaya göz açmışdır. Təhsilini Qüds və Antioxiyada almış, antik dövr fəlsəfəsinə mükəmməl yiyələnmişdir. Evsebi dövrünün məşhur alimi Pamfilin tələbəsi olmuş və bu səbəbdən də onun adını öz isminə əlavə etmişdir. İmperator Diokletianın dövründə Xristianlıq təqib olunan zaman, Qeysəriyyə şəhərində dini məktəbə rəhbərlik etmiş və məktəb kitabxanasını əldə etdiyi qiymətli əsərlərlə zənginləşdirmişdir. Evsebi imperator Konstantinlə yaxşı münasibət qurmuş, ona iki mədhnamə həsr etmişdir. Həmin dövrdə kilsədaxili münaqişələrdən kənar durmuşdur.

Xristianlıqda mühüm əhəmiyyəti olan Birinci Nikeya Məclisində dinin iman əsaslarını hazırlamaq işi ona tapşırılmışdı. Lakin alim öz layihəsində Ardı »

KilselerKilsədağ kilsəsi

Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban [1] kilsəsi. Kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. [2]Mündəricat [gizlə]
1 Tarixi
1.1 Tədqiqi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər

[redaktə]
Tarixi

Kilisədağda Mitra tanrısı (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin allahı idi) məbədi mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.

Baş alaqapı girişi məbədin qərb Ardı »

KilselerQızıl kilsə

Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə.

Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir.

Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir.

1877-ci il Ardı »