Kilseler → Gəncəsər monastırı
Gəncəsər (ingiliscə: Gandzasar) - keçmiş Ağdərə rayonunun (indiki Kəlbəcər) Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
[redaktə]
Tarixi
Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Ardı »