Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerMüqəddəs Stepanos monastırı

Müqəddəs Stepannos Monastırı - Culfa şəhərindən 15 km aralı, Araz çayı sahilində yerləşən IX əsrə aid erməni monastır kompleksi. Monastır 2008-ci ildə İranda UNESCO ümumdünya irsi abidələri sırasına daxil edilmişdir. Ardı »

KilselerVII Piy

VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon höküməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi. Ardı »

Kilselerİnkvizisiya

Inkvizisiya — orta əsrlər Qərbi Avropa ölkələrində katolik kilsənin keçirtdiyi siyasətin, həmçin bu siyasəti yerinə yetirən təşkilatın adıdır. İslahatlara dözümsüzlük nümayiş edən katolik kilsəsi geniş şəkildə "kafilrərə" qarşı repressiyalar kampaniyasına vüsət verirdi. Əsasən İspaniya, Fransanın cənub-qərbində, İtaliyanın və Almaniyanın cənubunda geniş tətbiq olunurdu. Mütərəqqi insanlar dinin ehkamlarına zidd təbliğata görə müxtəlif işkəncələrə məruz qoyulur, diri-diri tonqallarda yandırılırdı. İnkvizisiya tərəfindən öldürülən məşhurlar arasında Cordano Bruno, Yan Qus, Janna D'Ark və bir sıra başqaları var. Ardı »

KilselerMeteora

Meteora - Yunanıstanın Tessali şəhərində yerləşən ortodoks monastrı. Təxminən 10-cu əsrə aid olduğu güman edilir. Theopetranın 5 kilometr cənubunda və Kalakamba şəhərinin 21 kilometr cənubunda yerləşir. Hündürlüyü 600 metrdir. Bu tapa şəkilli sildırım qayaların 20 milyon il əvvəl suyun çəkilməsi nəticəsində əmələ geldiyinə inanılır. Görünüşündən havada asılı olan daşlara bənzədiyinə görə Meteora (yun. Göylərdə dayanan) mənasındadır. UNESCO tərəfindən mühafizə edilən tarixi monastrlardan biridir. Ardı »

KilselerMüqəddəs Ruhun səmərəsi

Əhdi-Cədiddə Müqəddəs Ruhun möminin həyatında əmələ gətirdiyi keyfiyyətlər “Ruhun səmərəsi” olaraq vəsf olunur. Müqəddəs Ruhun səmərəsi 9 keyfiyyətdən – məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik və nəfsə hakim olmaqdan ibarət olan müqəddəs xasiyyətdir. Möminlərin Müqəddəs Ruhla dolu olaraq tədricən dəyişilmələri və bu cür xasiyyəti əks etdirmələri gözlənilir.

“Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq”. Ardı »

KilselerKiprian

Karfagenli Kiprian (lat. Thascius Caecilus Cyprianus; 200-258) - ilk dövr xristian ilahiyyatçılarından biri
[redaktə]
Həyatı

O, Şimali Afrikanın Karfagen şəhərində, zəngin senator ailəsində doğulmuşdur. Burada mükəmməl təhsil almış və natiqlik sənəti üzrə məşhurlaşmışdır. Məktəbdə fəlsəfə və ritorika müəllimi vəzifəsində çalışmış, həmçinin məhkəmələrdə tez-tez vəkil kimi iştirak etmişdir. Kiprian bu dövrdə həyatını, əsasən, əyləncələrə həsr etmiş, tüfeyli həyat tərzi sürmüşdür.

Dövrün məşhur ilahiyyatçısı Tertullianın əsərləri ilə tanış olduqdan sonra isə Xristianlığı qəbul etmişdir. Çox keçməmiş yepiskop vəzifəsinə seçilmişdir. İmperator Desius xristianlara qarşı təqib siyasətinə başlayan vaxt xeyli xristian əzab-əziyyətə qatlaşmaqdan çəkinərək, dindən dönmüşdülər. Onların sonradan kilsəyə geri qəbul edilməsi məsələsi ilahiyyatçılar arasında mübahisələrə səbəb olmuşdur. Kiprianın Ardı »

KilselerSeviliyalı İsidor

Seviliyalı İsidor (lat. Isidorus Hispalensis; 560 – 4 aprel 636) — Məşhur xristian alimi, Kilsə Atalarından biri.Mündəricat [gizlə]
1 Həyatı
2 Yepiskop fəaliyyəti
3 Yaradıcılığı
3.1 Etimologiya
3.2 "Qotların, vandalların və svevlərin tarixi"
3.3 Digər əsərləri
4 İnternet himayəçisi

[redaktə]
Həyatı

Məşhur xristian ilahiyyatçısı Sevilyalı İsidor 560-cı ildə Karfagen (müasir Kartaxena) şəhərində tanınmış və dindar ailədə dünyaya gözlərini açmışdır. Öz dövrünə görə yaxşı təhsil almışdır. Onun Leandr və Fulhensi adlı qardaşı, Florentina adlı bacısı olmuşdur. Daha sonralar bu ailənin hər üzvü Roma-Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir. Valideynlərini tez itirən İsidor böyük qardaşının himayəsində yaşamışdır. Lakin onun qardaşı Leandr tərbiyəsi zamanı sərt tədbirlərə əl atırdı. Rəvayətə əsasən, təzyiqə Ardı »

KilselerTertullian

Tertullian (təx. 160-240) — İlk dövr Xristian ilahiyyatçılarından biri.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 İlahiyyata dair görüşləri
4 Nikaha münasibəti

[redaktə]
Həyatı

Böyük xristian ilahiyyatçısı və filosofu Kvint Septimi Florens Tertullian vaxtilə Roma İmperiyasının tərkib hissəsi olan Afrikanın Karfagen şəhərində, hərbçi ailəsində dünyaya göz açmışdır. Hüquq, fəlsəfə və ritorika üzrə təhsil almış və bu elmlərə mükəmməl yiyələnmişdir. Təxminən 40 yaşında ikən, xristianlığı qəbul etmiş və bu dinlə bağlı bir sıra əsərlər yazmışdır. O, əvvəllər bidətçi təriqətlərlə mübarizə aparsa da, sonra rəsmi kilsənin mövqeyindən uzaqlaşmış və montanistlərə (hər növ iyerarxiyanı və rəsmi din anlayışını rədd edən dini təriqət) qoşulmuşdur. Onun kilsəyə qarşı iradları əxlaqi-mənəvi məsələlərlə bağlı Ardı »