Ümumi Psixologiya → Mentalitet nədir?
Elə suallar var ki, bir yox, bir neçə cavab tələb edir. «Mentalitet nədir?» sualına cavablardan biri də mənə görə belədir: «Mentalitet — cəmiyyətin inkişafına mane olan yazılmamış qanunlar yığnağıdır». İstənilən problemli quruluş, xalqın etimadını itirmiş, xalqın etimadını itirməkdə olan hakimiyyət milliliyi, ibtidailiyi təbliğ edir. Belə quruluşlara mütləq xarici duşmən lazımdır ki, bütün problemləri onların üstünə atsınlar. Səsini çıxarana, ifadə azadlığı tələb edənlərə «vətən dardadı, indi vaxtı deyil» — deyə bilsinlər.
Son illərdə meyxananın, muğamın, ibtidailiyin kəskin təbliğ olunması heç də təsadüfi deyil. Mentalitet gücə yaltaqlanmağa meyllidir. Elastikdir. Mentalitet gücə yaltaqlanmağı asanlıqla əsaslandırmağı bacarır. Özündən vəzifəcə böyüyə, pulluya yaltaqlanıb adını da «hörmət Ardı »