Ümumi Psixologiya → Simurq elə özünüzsünüz
Simurq qədim İran əfsanələrində baş və bədəni qartala, quyruğu- tovuzquşuya, caynaqları isə şir pəncələrinə bənzər quş kimi təsvir olunur.
Sasanilərin hakimiyyəti dövründə simurq bir çox binalar, qab və paltarların üzərində təsvir olunardı. Deyilənlərə görə, simurq o dövrlərdə Sasani şahlığının rəsmi emblemi olub.
Əttar özünün "Məntiquttəyr" ("Quşların dili") kitabında simurq quşu barədə maraqlı hekayə nəql edir:"Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyi ilə Qaf dağına səfərə çıxırlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə quşdan cəmi otuzunun qaldığını Ardı »