Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi Psixologiya → Meditasiya

Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər.

Meditasiya əslində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub. Müsəlmanlarda isə buna aid sufizm var. Təsəvvüf ,və ya sufizm İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu Ardı »

Ümumi Psixologiya → Suyun yaddaşı

Qədim zamanlardan etibarən bəşəriyyət təcrübələr nəticəsində suyun müxtəlif möcüzəvi xüsusiyyətlərini aşkarlayıb. Lakin uzun bir müddət elm müşahidə etdiyi hadisələri izah edə bilmirdi. Suyun iki atom hidrogen və bir atom oksigendən ibarət olduğu hər kəsə məlumdur. Son illərdə yaranan yeni texnologiyalar və avadanlıqlar maddələri nano dərəcədə öyrənməyə imkan yaratdıqları üçün suyun bir sıra xüsusiyyətlərini izah etmək mümkün olub.
Suyun molekulunda hidrogenin iki atomu oksigenin bir atomuna 105 dərəcə altında birləşib.

Elektrik yüklərinin qeyri-simmetrik quruluşuna görə su molekulunun qütbləri var. Qütblərdən biri müsbət, digəri isə mənfi yüklər daşıyırlar. Fizikada belə bir struktur dipol adlanır. Su molekulunun özü yetərincə sabitdir. Bütün mürəkkəb maddələr enerji nəzərindən daha Ardı »

Ümumi Psixologiya → Xarakter haqqında

Xarakterin tərifi.İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarak­terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Bu baxımdan yunanca “xarakter” “möhür”, “naxış” mənasini bildirir. Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmuunu özündə əks etdirir. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərq­ləndirən başlıca cəhət ondan ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir. Xarakter Ardı »

Ümumi Psixologiya → Obsessiv-kompulsiv sindromu

Təsəvvür edin ki, günəşli bir gündə meşədə gəzirsiniz. Meşə zolaq şəkillidir və zolaqların arasında tarlalar, körpülü çay var. Hava əladır, təbiətin rənglərindən zövq alırsınız və dincəlirsiniz. Birdən bir şam ağacı diqqətinizi çəkir. Sonra ikincisini, daha sonra üçüncüsünü görürsünüz. Hər şey gözünüzün qabağında itir və sadəcə ağacları saymağa başlayırsınız. Onlar səliqəsiz, orda-burda bitiblər. Təngnəfəs olursunuz, gözləriniz və bütün bədəniniz gərilir, başınız ağrımağa başlayır. Və budur meşə qurtardı və tarla başladı. Siz isə yalnız 97 şam ağacı saya bilmisiniz. Yüzə cəmi 3 ağac qalmışdı. Hər şey korlanır. Və budur, siz obsessiv-kompulsiv bataqlıqdasınız.

Gəzinti məhv oldu. Evə qayıtdıqdan sonra ən kiçik şeylərə görə ailə üzvlərinizlə Ardı »

Ümumi Psixologiya → Ətrafınıza diqqətlə baxın!

Ətrafınıza diqqətlə baxın!

Psixopatlığın əlamətləri
Dəli insanlar dəli olduqlarını heç vaxt qəbul etməzlər, bunu siz də bilirsiniz. Bəlkə ətrafınızdakı adamlardan hansısa psixopatdır və bundan xəbəriniz yoxdur, hə?

Ruhi pozğunluq dedikdə ilk ağıla gələn dəli, təcavüzkar davranışlar, sağa-sola sataşan tiplər olur. Psixoloji pozğunluq yaşayan insanlarda bu hal aydın görünsə də, çox hallarda o qədər də dəqiqi bilinməz.

Əgər bir insan dəli olduğunu bilmirsə, ətrafındakı insanlar, ya həkimlər bunu necə başa düşə bilər? Bir insanın psixopat olub-olmadığını anlamaq üçün həkim Rober Haren 20 kateqoriyanı "Psixopata nəzarət" siyahısına daxil edib. Əgər bu siyahıda olan halların çoxu sizdə rastlanırsa, bu o deməkdir ki, siz də psixopatsınız? Əlbəttə ki, yox. Çünki hər Ardı »

Ümumi Psixologiya → Psixasteniya

Psixasteniya – (psychasthenia yunan sözü olub, mənası psyche – ruh və asthenia-zəiflik mənasını verir.) sinir sisteminin patoloji pozulmasından əmələ gələn nevroza deyilir. Bu, birinci siqnal sisteminin zəifliyi və ikinci siqnal sisteminin həddən artıq üstünlüyü ilə xarakterizə olunur.

İ.P.Pavlov ali sinir fəaliyyətində siqnal sisteminin üstünlüyü ilə xarakterizə olunan xüsusi tipinin psixasteniya üçün spesifik olmasını göstərir.

Psixasteniya zamanı xəstənin bilavasitə real həyatla yaşaması və özünün haqda çox fikirləşməsi əsas yer tutur. Xəstə danışarkən, cavabını qabaqcadan hazırlamadığı sual verə bilərlər deyə, çox zaman həyəcan keçirir. Danışığı qurtardıqdan sonra, onu zehnində davam etdirir və bu yaxud başqa suala necə cavab verməli olduğunu təsəvvürünə gətirir.

Psixasteniyalı xəstələr həmişə özlərinə Ardı »

Ümumi Psixologiya → Valideynlərini idarə edən uşaqlar

Uşaqlar valideynlərini necə “idarə edir” və bunun qarşısını almaq olar?

Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.

Qızcığaza ananın dodaq boyası ilə oynamağa Ardı »

Ümumi Psixologiya → Musiqinin gücü

Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq.

Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhval-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaq və onu müalicə məqsədləri ilə istifadə etmək lazımdır.

Təhlil müəllifləri Mona Liza Çanda və Daniel Levitin qeyd edir ki, musiqi bəzi xəstəxanalarda səhhətin gücləndirilməsi, xəstələrin halının yaxşılaşdırılması, həmçinin ağrı hissinin azaldılması üçün istifadə olunur.

Bunu həkimlər intuitiv anlayır, lakin, bu günə qədər həmin bu elmi təsdiqini tapmamışdır. Buna görə də Çanda və Levitin 400-dən çox Ardı »