Ümumi Psixologiya → Hamilə qadının psixikasında baş verən dəyişikliklər
Söhbətimiz uşağının doğulmasını istəyib-istəməməsindən asılı olmayaraq, bütün hamilə qadınlarda baş verən psixoloji dəyişikliklərdən gedəcək. Bu psixoloji dəyişikliklər hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər qədər qaçılmazdır. Həmçinin hamiləlik prosesinə uyğunlaşmaq və uşağı dünyaya gətirməyə hazır olmaq üçün əhəmiyyətlidir.
Doğumaqədərki prosesdə qadın müəyyən psixoloji inkişaf yolunu keçir. Bu yol qadının öz hamiləliyini dərk etməsindən başlayaraq onunla əlaqədar dəyişiklikləri qabul etməsindən, sonda uşağı dünyaya gətirməklə onu bir daha bətnində daşımamayacağı həqiqəti ilə barışmasında və ömrünün qalan hissəsini onunla paylaşacağı ilə qərarlaşması ilə bitir. Şərti olaraq bu dövrü üç mərhələyə bölürük.
Birinci mərhələdə qadın öz hamiləliyini, yəni yeni vəziyyətini və onunla əlaqədar baş verəcək dəyişiklikləri qəbul Ardı »