Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi Psixologiya → Sosial şəbəkələrdəki “sürü psixologiyası”

Hər kəs istəyir ki, internetdə paylaşdığı material çox adam tərəfindən bəyənilsin və oxunsun. İstər sosial şəbəkələrdə olsun, istər xəbər saytlarında olsun rəqabət günü-gündən artır. Hamı birinci olmaq istəyir. Hamı daha çox şərhin ona yazılmağını, daha çox “like”-ın ona gəlməsini istəyir.

Bunun üçün də hər kəs ən yaxşısına, ən maraqlısına can atır… Ancaq araşdırmalar göstərir ki, materialın məzmununun pis, yaxud yaxşı olmasından asılı olmayaraq, “like” yığmaq “like”ların daha da artmasına gətirib çıxarır. Cümlə bir az baş-ayaq oldu deyəsən. Qısa şəkildə belə deyək: “like”, “like” gətirir.

“Sürü psixologiyası” burda müəyyən qədər rol oynayır. Sürünün qabağında gedən istiqamətini hansı tərəfə dəyişsə, digərləri də o yönə doğru Ardı »

Ümumi Psixologiya → Gəzən cəsəd sindromu

Hər keçən gün yeni və dəyişik bir xəstəlik ilə qarşılaşırıq. Bunlardan biri adı qədər maraqlı və nadir görülən cəsəd gedişi sindromu xəstəliyidir. İnsan bədənindən bir orqanın yox olduğunu, ya da kiçildiyini düşünər və buna özünü inandırır. Ruhunda da əksiklik olduğunu düşünən bu insanlar get-gedə öldüklərini düşünər və cəsəd kimi ortalıqda gəzməyə başlayarlar. Çox insan tərəfindən bilinməyən və eşidilən zaman insanı heyrətləndirən xəstəlik tamamilə insanın psixologiyası ilə əlaqəli olub depressiya, ya da şizofreniya kimi növlərin daha irəliləmiş forması olaraq bilinir. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünü və cəsəd kimi iyləndiyinə inanar.

Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin Ardı »

Ümumi Psixologiya → Azerbaycanda psixoloji fikrin inkişafı

Bütün dünyada olduğu kimi Azerbaycanda da psixoloji fikrin yaranması ve inkişafını iki merheleye ayırmaq olar: elmeqederki ve elmi psixologiyanın teşekkülü ve inkişafı. Elbette onların arasında keskin sedd qoymaq, serhed çekmek de düzgün olmazdı. Onlar bir-birinin daxilinde formalaşmış, biri digerinin inkişafına zemin yaratmışdır.

Elmeqederki psixoloji fikirlerin yaranması tarixi çox qedimden, eramızdan evvelden başlanır. O, bir terefden Şerq felsefi fikrinden, diger terefden xalq yaradıcılığından behrelenmişdir. O bir terefden heyatın özünden, ictimai-tarixi proseslerden asılı olaraq inkişaf etmiş, diger terefden baş veren prosesler psixoloji fikre öz tesirini göstermişdir.

Professor E.S.Bayramov ve E.E.Elizade elmeqederki psixologiya ve ya “güzaren psixologiyası” da adlandırırdılar. Onlar yazırlar: “Güzeran psixologiyasına aid Ardı »

Ümumi Psixologiya → Özümüzü necə təqdim edək?

İlk öncə onu qeyd edək ki, hər birimizin ən böyük təlabatı ünsiyyətdir.İnsanlarla əlaqədə, yeni tanışlıqlarda ünsiyyətin rolu əvəzedilməzdir. Biz həmişə bu barədə fikirləşirik: Necə edək ki, yeni tanış olduğumuz insanların xoşuna gələk. Fikrimcə əksəriyyət insanlar sevilməyi sevməkdən daha çox xoşlayırlar. Ətrafımızdakıların bizi sevməsi, bizə dəyər verməsi adama xüsusi bir zövq verir. Əhatəmizin bizə olan rəğbətini görmək üçün nə etməliyik? Necə edək ki, ətrafa özümüzü olduğu kimi təqdim edək?

İlk tanışlıqlarda təqdimat çox önəmlidir. Belə ki, yenicə tanış olduğun adam ilk 10-15 saniyədə sənə necə təsir bağışlayırsa, bu sonadək sənin hafizəndə elə qalır. Hər birimiz kiminləsə tanış olanda çalışırıq özümüzün müsbət keyfiyyətlərindən söz Ardı »

Ümumi Psixologiya → Uşaqlar arasında qısqanclıq

Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır.

Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s. bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı Ardı »

Ümumi Psixologiya → Qruplar və şəxsiyyətlər

QRUP VƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR
1. Qrup haqqında anlayış.
2. Qrupun təsnifatı.
3. Psixoloji uyuşma. Qrup təzyiqi fenomeni.
4. Liderlik və rəhbərlik. Liderlik üslubu.
5. Etnik qrup haqqında anlayış.
6. Şəxsiyyətlərarası münasibətlər.

1-ci sual. Ayrıca götürülmüş hər bir adamın şəxsiyyət kimi səciyyəsi, psixologiyası və davranışı sosial mühitdən çox asılıdır. Sosial mühit isə yalnız ayn-ayn adamlardan deyil, kiçik və böyük qruplardan Ardı »

Ümumi Psixologiya → Kleptomaniya (Oğurluq xəstəliyi)

Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur.

Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Bu davranış birindən intiqam alma məqsədiylə edilməmişdir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir.

Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl Ardı »

Ümumi Psixologiya → Həyatımın son günü olsaydı...

Bir dəfə Stiv Cobs universitetdə məruzə ilə çıxış edirdi. Onun gələcək həyat yoldaşı da auditoriyada əyləşmişdi. Xanım Stivin xoşuna gəlir və məruzədən sonra Stiv ona yaxınlaşır. Qız öz nömrəsini Stivə verir. Elə həmin gün Stiv onu nahar yeməyinə dəvət edir. Amma xanım bildirir ki, onun həmin vaxta planlaşdırılmış işgüzar görüşü vardır. Həyatda belə də olur. Öz maşına doğru istiqamət alan Stiv özündən soruşur:

“Əgər bu, həyatımın son günü olsaydı, onda mən nə edərdim?”

Bundan sonra onun nə etdiyini təxmin etmək çətin deyil: o bir göz qırpımında auditoriyaya qayıdır, həmin qızı tapır və onu özü ilə aparır. Həmin dövrdən onlar birlikdə idilər.

Ölümlü olduğunu anlamaq Ardı »