Ümumi Psixologiya → İntiharın göstəriciləri
İntihar baş verəndə intihar edənin ailəsi və ətrafı şok keçirir və həmişə “ heç ağlıma gəlməzdi, o qədər xoşbəxt görünürdü ki,..” kimi sözlər deyirlər. Ümumiyyətlə hər hansı bir adamın intihar edəcəyini hiss etmək, bilmək çox çətindir, amma onun davranışlarındakı dəyişiklikləri yaxından müşahidə etsək və intihar göstəricilərini bilsək o zaman bunu bilərik; intihar edəni daim izləmək, ən kiçik bir dəyişiklikdə intihar edə biləcəyini fikirləşərək psixoloqla, psixoterapevtlə görüşmək əsas şərtdir.
İntiharın aşağıdakı göstəriciləri qeyd olunub. Unutmayaq ki, insanlar fərqli olduğundan tək bir “intihar tipi adam” yoxdur.
1. Özünə qapanma — Həmin adam heç kimlə münasibət qurmaq istəmir və tək qalmaq üçün əlindən gələni edir. Tamamilə Ardı »