Ümumi Psixologiya → Müharibə stresi azaldırmı?!
III Dünya müharibəsində hansı silahlardan istifadə ediləcək bilmirəm, ancaq dördüncüsü daş və çubuqla olacaq
Albert Eynşteyn
Görünən odur ki, müharibə artıq informasiya müharibəsinə çevrilib. Hər kəs döyüşür – kimi səngərdə düşmənlə, kimi isə bilgisayarın klaviaturası ilə...
Qəribə bir zamana gəlib çıxmışıq. Uzun müddət atəşkəs şəraitində yaşadıq. İtkilərimiz ara-sıra olurdu. Ancaq etiraf edək ki, indiki miqyasda deyildi. Qarabağ savaşından əvvəl beynimizdə müharibə modeli Böyük Vətən müharibəsi idi. Müharibə ilə bağlı plakatlar rayonların mədəniyyət evlərində, köhnə bərbərxanalarda, yəqin, hələ də durur: "Vətən uğrunda”, "Hər şey vətən üçün”, və sair.
İndi nə baş verir? Son günlər baş verən hadisələr bir çox məqamları və problemləri ortaya çıxardı. Ardı »