Ümumi Psixologiya → Qavrayışın təsnifi və növləri
Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.
1. Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə;
2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə;
3. Qarşıda məqsədin olub-olmamasına görə.
Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə, lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə təmiz halda çox az-az rast gəlmək olur. Adətən qavrayış prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və mürəkkəb qavrayışı yaradır. Məsələn, şagird mətni oxuyarkən onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə iştirak edir. Daha Ardı »