Ümumi Psixologiya → Emosiyaların fiziologiyası
İnsanın ali sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sğzündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.
Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial Ardı »