Ramazan → Müəyyən vaxt və məkanlara görə həsənətlər (savablar) və seyyiətlər (günahlar) artırmı?
Sual: Həsənətlər (savablar) artdığı kimi, həmçinin günahların (seyyiət) Ramazanda artması doğrudurmu? Bunun dəlili nədir?
Cavab:
Həmd Allaha məxsusdur.
Bəli. Müəyyən vaxtlar və məkanlarda həm savablar, həm də günahlar artır. Lakin savablar ilə günahların artması arasında fərq var. Savablar həm kəmiyyət, həm də keyfiyyət cəhətdən artır. Kəmiyyətdən qəsd olunan ədəddir. Savablar (həsənətlər) on qat və ya ondan çox artmaqdadır. Keyfiyyətdən qəsd olunan savabın böyüməsi və çoxalmasıdır. Günahlar isə yalnız keyfiyyət baxımından artır, yəni, günahı daha böyük və cəzası isə daha şiddətli olur. Kəmiyyət baxımından isə günaha bir günah yazılır və birdən artıq ola bilməz.
Məta`lib Uli əl-Nəhy (2/385) əsərində deyilir: Ardı »