Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanRAMAZAN AYININ FƏZİLƏTİ

Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. Ramazan ayında min aydan xeyirli olan Qədir gecəsi var. On bir ayın sultanı olan Ramazan müsəlmanın din və dünya işlərinin düzəldilməsinə köməkçidir. Duaların daha çox qəbul edildiyi bir aydır. Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəziləri aşağıdakılardır:

- Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür.
- İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər.
- Ramazan ayı sizə bərəkət ayı olaraq gəlib. Allah Təala Ardı »

RamazanFitrə zəkatı haqda alimlərin fətvaları

1.Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur

2.Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.

3.Sual:Fitrə zəkatı vacibdir yoxsa sünnətdir?
Cavab: Fitrə Ardı »

Ramazan1-2. Yemək və içmək

Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə orucu batil olar, istər yeyilib-içilməsi adət olan (çörək və s. kimi), istərsə də yeyilib-içilməsi adət olmayan (torpaq və s.kimi); istər az olsun, istərsə də çox; hətta oruc tutan şəxs diş fırçasını ağzından çıxarıb yenidən ağzına salsa və onun rütubətini udsa orucu batil olar.
Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə orucu batil olmaz.
Oruc tutan şəxs, qida maddələrini əvəz iynə (qlükoza kimi) vurmaqdan çəkinməlidir. Lakin bədən üzvünü keyləşdirən dərmanı əvəz edən iynəni vurmağın eybi yoxdur.
Əgər şəxs yemək əsnasında sübh azanının vaxtının daxil olduğunu başa düşsə yeməyi dayandırmalı, ağzındakı Ardı »

RamazanTƏFƏKKÜR YENİLİYİ: RAMAZAN

[color=#f82e00]On bir ayın kirliliyi üstümüzdə. Bu kirlilik əl kirinə, ayaq kirinə bənzəməz.
Onları yuyarsanız təmizlənərlər.
Bu kirlilik ürək kiri, zehin kiri, ağıl kiri, ən əsası isə təsəvvür kiridir.

Şüurun, təsəvvürün kirlənməsi günümüzün amansız bir xəstəliyidir. Ağlı və ürəyi kirlənən insan, bu kirliliyi, - necə olursa olsun, - toxunduğu hər şeyə bulaşdırar. Sözü, düşüncəni, duyğunu kirlədər. Kirli ağılla Quran oxusa, zehnindəki kiri ona da bulaşdırar. İbadət etsə, dadını ala bilməz.
Bu, dünyanın ən nəfis yeməyini çirkli bir qaba qoymağa bənzəyir.

Şüur və ağıl, qəlb və duyğu kirliliyi çirklənmiş bir əza qədər asan təmizlənmir. “Yuyarsan təmizlənər” deyə bilmirsiniz. Bu, digərlərindən min dəfə betər bir Ardı »

RamazanRAMAZAN VƏ BÖYÜK PLANLAR

[color=#173bd3]Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Əziz və hörmətli müsəlman qardaşlarımız və bacılarımız! Çoxlarımız mübarək Ramazan ayının gəlişini səbirsizliklə gözləyirik, bəzilərimiz isə elə planlar qurub ki, Ramazan ayında tam tərsinə 180 dərəcə halını dəyişmək istəyir. Bu isə çox böyük səhvdir. Birdən birə halı və vəziyyəti dəyişmək xətadır. Qurani-Kərimi, hədisləri və İslam və Bəşəriyyət tarixini diqqətlə oxusaq görərik ki, bütün dəyişikliklər mərhələ-mərhələ baş vermişdir.

Əlbəttə Ramazan ayı, halımızın dəyişib yaxşılaşdırılması üçün çox böyük fürsətdir və hər bir müsəlman bu müqəddəs ayın bir fürsət olduğunu dərk etməlidir. Amma bu, o demək deyil ki, dəyişmək istədiyi məqamlarla dolu səbətin hamısını Ramazan ayında boşaltsın. Halını daha yaxşı Ardı »

RamazanOruc tutmaq iqtidarında olmayan xəstə

Sual: Vərəm xəstəliyinə yoluxmuş adama oruc tutmaq çox çətindir. O ötən Ramazan ayında oruc tutmayıbsa kəffarə olaraq kasıbları yedizdirməlidirmi? Onu da bilmək lazımdır ki, bu xəstəliyin sağalmaq ehtimalı yoxdur?

Cavab: Əgər deyilən adam həmin xəstəlik üzündən oruc tuta bilmirsə və onun sağalması da imkansızdırsa onda oruc tutmaya bilər. Bunun əvəzində oruc tutmadığı hər bir günün əvəzinə imkanı varsa bir nəfər kasıbı təxminən 1,3 kq xurma, düyü və s. öz ölkəsində adət edilən bu kimi yeməklərlə yedizdirməlidir. Ardı »

RamazanVARLIQ BİR KİTABDIR - I YAZI

[color=#173bd3]“Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq OL deməkdir. O, da dərhal ola.” (Yasin 82)

Yaradan, var edən Allah yaratmaq üçün sözü də yaratdı. Bütün kainata dedi: İstər - istəməz vücuda gəlin. Onlar da istəyərək gəldik, dedilər. Sevgi, rəhmət xəzinəsi geniş olan bir Rəbbin buyruğuna istəmədən gəlmək necə mümkün? Ey Adəm övladı, Kainat, günəşlər, ulduzlar, yer, səmalar, üzərində olanlar sevərək və sevinərək Uca Allahın əmrinə tələsdilər. Tələsdilər və aralarında sevən xatirinə bir sevgi bərqərar edərək gözəl bir şəkildə eşitdik və itaət etdik deyərək, Mövlanın əmrinə tabe oldular. Tabe oldular, yəni təslim oldular, yəni salam halında var olaraq müsəlman oldular. Və Ardı »

RamazanQəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar

İnsan dünyaya göz açandan ömrünün sonuna kimi sıxıntı və iztirabların, təşviş və nigarançılıqların əhatəsində yaşayır. Varlıqlar içərisində insan qədər zəka və şüura malik biri olmasa da, onun qədər çətinliyə mübtəla olanı da yoxdur. İnsan həyatının bütün sahələri sürətlə inkişaf edir. Əgər bəşəriyyət əlli, yüz il bundan qabağa kimi aydan-aya inkişaf və tərəqqiyə nail olurdusa, bu gün bu tərəqqi saniyələrlə, hətta saniyənin neçədə biri ilə ölçülür. Bu gün dünyada hər saniyədə yüzlərlə yeni ixtiralar edilir və insanların maddi tərəqqisi üçün hətta çoxlarının eşitməyə belə macal tapmadığı nailiyyətlər ortaya qoyulur. Lakin bütün bunlara baxmayaraq bəşəriyyət, özünün yer üzünə qədəm qoyduğu gündən onunla "ömür-gün Ardı »