Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanOruclu halda ikən ağızda qalan yemək qırıntılarını udmaq

Sual: Oruc tutan insanın dişlərinin arasında yemək qırıntıları qalırsa və oruc tutan bunları udarsa bu orucu pozurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər oruc tutan insan səhər durduqda dişlərinin arasında yemək qırıntılarının olduğunu hiss edərsə bunun onun orucuna təsiri yoxdur. Lakin bu yemək qırıntılarını yüngülcə tüpürərək bunları dişlərindən təmizləməlidir. Yemək qırıntılarını udmadığı müddətcə bunların onun orucuna təsiri yoxdur. Dişlərinin arasında qalan yemək qırıntılarını bilərəkdən udarsa bu onun orucunu pozur. Lakin bu barədə dini hökmü bilmədiyindən və yaxud unutqanlıqdan udarsa orucuna təsiri yoxdur. Müsəlman bir kəs yeməkdən sonra ağız və dişlərinin təmizliyinə fikir verməlidir, istər oruclu halda olsun, istər digər vaxtlarda. Çünki təmizlik Ardı »

RamazanMen atami niyyet edib onun evezine hecc ziyaretine gede bilerem?

sual-
Salam.Esitmisem ki,boyuk ogul atanin evezine ibadet ede biler.Atam nece
illerdir ki,namaz qilir.Amma indi sehheti ona imkan vermir ki,hecce
getsin.Men atami niyyet edib onun evezine ziyarete gede bilerem?Onda atama
"heci"demeliyem?Xatirladim ki,meni momin bir qardasimiz gonderir.Allah
xetrine cavab yazin.Ulu tanri sizden ve yaxinlarinizdan razi olsun.AMIN

cavab-
va aleykum salam.
Atanızın yerinə həccə gedə bilərsiniz.Amma bir şərtlə ilk öncə öz yerinizə həcc etdikdən sonra. Ardı »

RamazanRamazan Müjdəsi

Ramazanın ilk günü ilə birlikdə nur və fəzilət dolu bir mövsüm yaşamağa başlayırıq. Kainat şənlənir, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşır. Rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirir, Ramazan ayı…

Müqəddəs kəlamın nazil olmasını möminlərlə birlikdə cinlər, mələklər, ağacı, çiçəyi, böcəyi, qurdu, quşu, dənizi və dəryasıyla yaşlı dünyamız da qeyd edir. Görünən və görünməyən aləmlərdə tam mənası ilə bir bayram havası yaşanır.
Bu ayın Allah Təala qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz mömin qullarına sonsuz rəhmətini bəxş edir. Başda Qurani Kərim olmaqla! Tövrat, Zəbur və İncil kimi digər səmavi kitabların da bu ayda endirilməsi, bu günlərin Ardı »

RamazanRAMAZANLA ƏLAQƏLİ ƏN ÇOX SORUŞULAN SUALLAR VƏ CAVABLAR

[color=#039b80]1. Qədr gecələri axırıncı 10 günün hansı gecələrinə təsadüf edir?

-Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb gecə namzlarını qılmaqla, Quran və dini kitablar oxumaqla məşğul ola bilərsiniz.

2. Qədr gecəsinin müəyyən əlamətləri varmi?

-Qədr gecəsinin əlamətləri:
Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” (əl-Qədr surəsi 5-ci ayə).

- Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) Ardı »

RamazanBU AYI GÖZLƏYƏNLƏR VARDI... BU DA RAMAZAN

[color=#173bd3]Günlər-aylar keçdi, neçə-neçə gecələr gəldi ötdü və beləcə ömrümüzün bir ili də geridə qaldı. Budur, Allah ruhumuzu almadan yenə Ramazana qovuşduq. Əlimizə zikr və Quran ayı gəldi. Bu ay yaxşılıq və ehsan ayıdır. Bu ay səbr və dözümlülük ayıdır. Bu ay əcr və savab ayıdır. Bu ay itaət və ibadət ayıdır. Bu ay təravih və təhəccüd ayıdır. Bu ay bədənlərə sağlamlıq və imanlara dəstək ayıdır.

Bu ayı həqiqi gözləyənlər vardı. Bu ayı sağ-salamat qarşılamaq və bərəkətindən məhrum olmamaq üçün onların könülləri ancaq o ayın həsrətini çəkirdi, ürəkləri alışıb yanırdı. Onlar bu ayı görə bildikləri üçün dəlicəsinə sevinirlər və sevinc göz yaşları Ardı »

RamazanRamazan ayını oruc tutmaq və bu ayda ibadət etməyin fəziləti (savabı)

Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun.
Bu, ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da olsa kiçik bir tövsiyədir.

Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə Ardı »

RamazanRamazan ayında söyüş söyənin orucunun hökmü nədir?

Onların orucları səhihdir. Çünki haram sözlər və haram əməllər orucu batil eləmir. Ancaq şəkk yoxdur ki, onu naqis edir, faydasını və səmərəsini azaldır. Orucda məqsəd Allahdan qorxmaqdır, necə ki, Uca Allah Quranda belə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (əl Bəqərə surəsi, 183) Allah burada orucun fərz olmasının hikmətini bəyan edir, orada hikmət Allahdan qorxmaqdır. Peyğəmbər (s.ə.s) belə buyurur: "Kim ki, pis sözü və pis əməli tərk etmirsə, Allahın o adamın yemək içməyini tərk etməyinə ehtiyacı yoxdur» (Buxari "Səhih» əsərində 2/288 Əbu Hureyrə (r.a)-dan Ardı »

RamazanTƏQVA EVİNİZİ SÖKMƏYİN!

[color=#4866e7]Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Həmd və səna olsun aləmlərin Rəbbinə, Allahdan ümid edirik ki, Ramazan ayı ibadətlərimizi qəbul etsin, təqsir və əskiklərimizə görə qalan əməllərimizin savablarından bizi məhrum etməsin!

Allahdan diləyirik ki, Ramazan ayını keçirməyi gələn illərdə də bizə qismət etsin və hər il Ona daha çox yaxınlaşma və itaətkarlığımızı daha çox artırma şansı versin!

Allah bizim iman libasımızı Ramazandan Ramazana itirməyə qoymasın, xoşbəxt və rahat olaraq ibadət mövsümlərini qarşılayaq və yola salaq!
Möhtərəm bacı və qardaşlarım! Bir neçə gün əvvəl Ramazan bayramı idi, bu bayram münasibətilə sevinənlər çox idi, amma fərqli cəhətlərə və səbəblərə görə. Kimisi 1 ay ibadətdən sonra Allahın Ardı »