Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanRamazan ayından qeza orucum qalıb

sual-
salam aleykum.Ramazan ayından qeza orucun qalıb, bunu nece tutmalıyam?

savab-
va aleykum salam.
Allah oruclarınızı qəbul etsin.
Qəza oruclarıda fərz orucları kimi tutulur.
Səhər namazı girmədən öncə yemək yeyirsən və birdə orucunu axşam namazı girəndə açırsan. Ardı »

RamazanORUCLUĞUN VƏ BAYRAMLARIN TƏYİN EDİLMƏSINDƏ OLAN İXTİLAFA CAVABLAR

[color=#f82e00]Hörmətli müsəlman bacı və qardaşlar! Bayram gününün, ələlxüsus orucluğun, ölkələrdə müxtəlif vaxtlarda başlaması və bitməsi böyük problemə çevrilmişdir. Bununla əlaqədar alimlərin bəzi fətvalarını tərcümə etməyi özümüzə borc bildik. Orucluğun və bayramlarin təyin edilməsində olan ixtilaflara cavablar.

Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual soruşuldu: Müsəlman alimlər arasında Ramazan orucunun və bayramının başlamasında böyük ixtilaf vardır, onların bəziləri hədislərə, digərləri isə müasir astrologiya alimlərinin dediklərinə əsaslanırlar, bu nə dərəcədə doğrudur? Cavabında buyurdular:
1. Doğru rəy Peyğəmbərin (s.a.v.), "Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin" - hədisinə əsaslanmaqdır.

2. Allah keçmişi və gələcəyi Ardı »

RamazanRamazan ayında oruca niyyət etmək

Sual-Ramazan ayında hər gün niyət etmək lazımdır yoxsa bir aylıq oruc niyəti kifayətdir
Cavab- Ramazan ayında birinci gün bir dəfə niyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyət etməsə də artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə onda yenidən niyət etmək lazımdır. Çünki onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyəti təzələmək lazımdır. Ardı »

RamazanOruclu olarkən diş çəkdirmək, qan vermək və istimna etmək

Sual- Oruclu adam diş çəkdirə bilərmi?
Cavab-Oruclu olarkən diş çıxartmaq olar və bu zaman gələn qan orucu batil etmir.
Sual- Oruclu adam müayinə üçün qan verə bilərmi?
Cavab- Bəli, bunun oruca heç bir təsiri yoxdur.
Sual-Oruc tutan istimna (onanizm) edərsə orucu batil olurmu? Bu adam kəffarə də verməlidirmi?
Cavab-Oruclu adam istimna edərsə orucu batil olur. O, bu günün əvəzinə bir gün qəza etməlidir. Amma buna görə kəffarə düşmür. Çünki kəffarə yalnız cinsi əlaqədə olmaqla vacib olur. Həmin bu adam etdiyi işə görə tövbə etməlidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!) Ardı »

RamazanOruc tutmaq

Şəriət terminaloğiyasında orucun mənası: "Müəyyən vaxtda, müəyyən adam tərəfindən xüsusi şeylərdən niyyət edərək özəl şərtlərlə imtina etməkdir".
Oruc tutmaq şəriətin zəruri qanunlarından və İslamın əsaslarından biridir. Quran, hədislər və alimlərin yekdil rəylərində orucun vacib olmasına dair kifayət qədər dəlillər mövcuddur.
Allah taala Quranda buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə: 183).

Hədislərdən dəlil: Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülharama (Kəbəyə) Ardı »

RamazanOn bir ayın Sultanı Ramazan gəlir

Aləmlərə rəhmət olan Peyğəmbərimizdən öyrəndiyimiz, “Ey Rəbbimiz, bizə Rəcəb və Şəban ayını mübarək qıl və bizi Ramazana çatdır” duaları ilə yenə yeni bir Ramazan iqliminə doğru irəliləyirik.
Ramazan ayı, “Əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşdur.” müjdəsi ilə bütün möminləri sevindirir.
Ramazanda hər birimiz daha da dinimzə bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı , daha sakit olmağı bizi çaşdırmır.
Könülərin yumuşalıdığı, rəhmət pəncərələrinin bir-bir açıldığı gecələr, günlər və anlar biri- birini izləyir. Ramazanını hər günü və hər anı rəhmət, məğfirət və salamatlıqdır.

Şükür duyğusu
Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn Ardı »

RamazanRamazanı mükəmməl keçirmək üçün müsəlman üçün təklif olunan proqram

Həmd Allaha məxsusdur.
Allahdan diləyimiz budur ki, bizim bütün saleh iş və əməllərimizi qəbul etsin, həm gizlində, həm də açıqda bizi ixlaslı bəndələrindən olmağa yardım etsin.
Bu mübarək ayda müsəlman bəndə üçün aşağıdakı ibadət proqramı təklif olunur:
MÜSƏLMAN BƏNDƏNIN RAMAZAN GÜNLƏRI NECƏ KEÇMƏLIDIR:

1. Müsəlman bir kəs fəcr namazından öncə gününə səhur etməklə başlayır. Səhur yeməyini gecənin ən sonuna qədər gecikdirmək yaxşıdır.

2. Azandan öncə müsəlman qul fəcr namazına hazırlaşır. Odur ki, evdə dəstəmaz alır və azandan öncə məscidə gedir.

3. Məscidə daxil olduqda iki rəkət (məscidə salam-təhiyyətu-l məscid) namazını qılır. Sonra məsciddə oturub dua etməklə və yaxud Quran oxumaqla, zikr etməklə Ardı »

RamazanXOŞ GƏLDİN, EY ORUC !!!

[color=#173bd3]Xoş gəldin, ey Oruc!!!
Susuzluqdan çölə dönmüş qəlbimizə səfalar gətirdin!
Sən ey zamanların gözəli, həmişəki kimi tam vaxtında yetirdin özünü... gəlməsəydin pərişan olardıq, amma sən inkarçını pərişan edənsən.
Gəldin ki, aydınlığınla tərk edək çaşqınlığımızı.
Gəldin ki, nur saçasan bər-bəzəkli və işıqlı görünən əslində isə qap-qaranlıq olan dünyamıza...

Xoş gəldin, ey Oruc!
Dodaqları qanadan həsrətləri bitir içimizdə. Öyrət başımızı dik tutmağı, səni tutmağı, səninlə ruhumuzu diri tutmağı.

Xoş gəldin, ey Oruc!
Zülmətləri yarıb gələn imsaqla sevincə qərq et bizi... Yuxuda ikən səndən qafil olanlar bizim oyaq olan gözlərimizdən daşdır sevgini.
Sahurumuzda hər tikəmiz bir dua, hər duamız bir qalxan olsun!

Xoş gəldin, ey Oruc!
Susuzlat bizi... Susuzlat bizi Qurana, imana, irfana... Susuzlat Ardı »