Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanNAMAZ VƏ ZƏKAT

[color=#fe8c8c]Namaz və Zəkat iki əkiz qardaş. Əkiz çünki, Quranda cüt səslənirlər, bərabərdirlər, vəhdət halındadırlar. Ruh və cism kimi...

“Qurandan sizə müyəssər olanı oxuyun, namaz qılın və zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün verdiyiniz xeyirlərin, Allah qatında daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmanızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir” (Muzzəmil, Örtüb bürünən, 20)

Namaz və Zəkatın adı Kərim olan Quranımızda 34 dəfə birlikdə səslənir.

Namaz və zəkat...Namaz ruhu təmizləyir, zəkat cismin istifadə etdiyi malı təmizləyir. Namazla ruhunu qidalandırmaq həzzini ala bilən, zəkat verməklə malın artmasını yaşayacaq...
Zəkatın lüğəti mənası böyümə, artma anlamına gəlir... Əkin böyüdü Ardı »

RamazanRamazan kəlməsi

Ramazan ərəbcə bir kəlmədir. Qəməri aylardan doqquzuncusunun adıdır. Ramazan kəlməsinin mənası və bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə açıqlanmışdır:

a- Ramazan, yazın sonunda qızılgül mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağmur mənası “ramda” kəlməsindən alınmışdır. Bu yağmur yer üzünü təmizləyir. Bunun kimi Ramazan da möminləri günahlardan təmizləyir, qəlbləri pak edir.
b- Bir izaha görə günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasında olan “ramad” kəlməsindən alınmışdır. Belə qızğın yerdə gəzənin ayağı yanar, zəhmət, məşəqqət çəkər. Bunun kimi oruc tutan da aclıq və susuzluq hərarətinə qatlanar, zəhmət, məşəqqət çəkər, içi yanar.
Yaxud qızğız yer ayaqları yandırdığı kimi Ramazan da möminlərin günahlarını Ardı »

RamazanBAYRAMINIZ MÜBARƏK

[color=#4866e7]Ey Ramazanın gündüzlərini oruc tutub gecələrini ibadətlə keçirən qardaş və bacılarımız! Budur, artıq xeyir və bərəkət ayı, xeyir mövsümü sona yetdi. Amma xeyir əməlləri davam etdirmək şansımız hələ tükənməyib. Necə ki, Ramazanda imanınızı artırdınız və ibadətləri davamiyyətli etdiniz, eləcə də gələn aylarda da bu cür məsuliyyətli olun. Allahdan qorxun və özünüz üçün təqva azuqəsi hazırlayın.
Neçə-neçə əllər bu ayda göyə açıldı, neçə-neçə gözlər Allahdan qorxaraq ağladı, neçə-neçə insanlar qafil olub bu ayı dəyərləndirib özləri üçün xeyir tədarük etmədilər. Yazıqlar olsun...
Gəlin, günlərimizi boşa keçirməyək. Neçə ki, yaşayırıq çoxlu tövbə edək. Hər qıldığımız namazımızı son namazımız kimi qılaq. Təklikdə də, insanlar yanında olanda da Ardı »

RamazanOrucla əlaqəli fətvalar (3-cü hissə)

Ramazan ayının daxil olmasını yalnız Fəcr vaxtı çıxdıqdan sonra eşitmək.

1.Sual: Yatıb qalmaq və ya başqa səbəbə görə Ramazan ayının daxil olmasını yalnız Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adamın orucunun hökmü nədir?

Cavab: Ramazan ayının daxil olmasını Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adam həmin günü oruc tutmalıdır. Lakin həmin günün əvəzinə bir gün qəza tutmalıdır. Çünki o, Ramazan orucunu tutmaq üçün niyətini fəcrin açılmasına qədər etməli idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinin birində buyurulur: "Kim Fəcrdən öncə oruc tutmağı niyət etməzsə onun orucu düzgün sayılmaz". Bu rəyi əl-Muvaffəq İbni Qudamə (əl-Muğni) Ardı »

RamazanRamazan orucunu qəsdən tərk etmək

Sual: Islamın bütün əsaslarını yerinə yetirən lakin illər boyu səbəbsiz yerə oruc tutmayan müsəlmanın hökmü nədir?

Cavab: Ramazan ayını oruc tutmaq islamın əsaslarından biridir. Həddi buluğa çatmış insanın orucu bilərəkdən tərk etməsi ən böyük günahlardandır. Ona görə də o tövbə etməli və çoxlu yaxşı əməllər, nafilələr etməlidir. Həmçinin dinin digər əsaslarına: namaz, zəkat, həcc və s. - xüsusi diqqət yetirməlidir. Amma həmin adam keçən oruclarını qəza etmir. Çünki belə günahı qəza etmək əvəz edə bilməz. Günahı qəzadan çox yuxarıdadır. Ardı »

RamazanFitrə zəkatı haqda alimlərin fətvaları

1.Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur.

2.Sual: Fitrə Zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.

3.Sual:Fitrə zəkatı vacibdir yoxsa sünnətdir?
Cavab: Fitrə Ardı »

RamazanRAMAZANIN SONUNCU ON GÜNÜNÜN FƏZİLƏTİ

İtaət edənlərə savab verən, şükr edənlərə bol ehsan edən ALLAH`a həmd olsun. Fəzilətinin artmasını diləyərək və nemətlərinə görə Ona həmd edirəm. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur.

O, Təkdir və şəriki yoxdur. RƏBB`imizin zatı nə uca, adları və sifətləri nə müqəddəsdir. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Onu seçmiş və üstün qılmışdır. O, ayaqlarının altı yarılana qədər RƏBB`inə ibadət etmişdir. ALLAH Ona, pak ailəsinə, seçkin səhabələrinə, tabiinə və gecə ilə gündüz onlara tabe olanlara xeyir-dua etsin.
Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun. Çünki, ALLAH`dan layiqincə qorxmaq möminlərin yolu və salehlərin xüsusiyyətidir. Qiyamət günü xilas Ardı »

RamazanMƏĞFİRƏT İSTƏYİRSƏN...? BUDUR RAMAZAN

[color=#173bd3] Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun aləmlərin Rəbbi olan Allaha, kimisini fəzilətli etdi, kimisini zəlil. Salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S).
Hörmətli bacım və qardaşım, bu məktub sənədir!




Əzizim!
Budur Ramazan, artıq qapılarımızın önündədir
Ramazan: Müttəqi qəlblərin həsrətlə gözlədiyi ay
Ramazan: Saleh nəfslərin həyəcanla darıxdığı ay
Xeyir və bərəkət ayını qəlblər, necə həsrətlə gözləməsin?!
Rəhmət və məğfirət ayına qəlblər, necə darıxmasın?!


Əzizim!
Ramazan ayını Allah, xüsusi özəlliklərlə fərqləndirib
Ramazan ayını Allah, xüsusi fəzilətlərlə qiymətləndirib
Ramazan oruc ayıdır, İslamın əsas sütunlarındandır
Orucun savabı, Allahın gizlətdiyi mükafatlardandır
Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır
Bu ayda şeytanlar zəncirlənir və saxlanılır


Əzizim!
Ramazan ayının ən böyük Ardı »