Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanOruc - dünya və axirət səadəti gətirən ilahi ziyafət

İnsanların hamısı ziyafətdə iştirak etməyi xoşlayırlar. Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır. Ziyafət nə qədər böyük şəxs tərəfindən təşkil edilmiş olsa, süfrə məsələsi bir o qədər arxa planda qalır və əsas diqqət məclisin səbəbkarına, onunla ünsiyyətə yönəlir. Əgər kimsə belə bir boyük məclisə xüsusi olaraq dəvət alsa, üstəlik orada iştiraka gorə mükafat da veriləcəyini bilsə, yəqin ki, heç vaxt belə bir məclisdə iştirakdan boyun qaçırmaz.

Ramazan hər bir müsəlmanın Ardı »

RamazanRamazan ayı və Ramazan orucu

Allaha həmd, şükür, təriflər olsun hər bir nemətinə görə, həmçinin onun ən böyük nemətlərindən olan bu mübarək Ramazan ayına görə. Biz artıq bu ayın içərisinə daxil oluruq. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh əməllərə yönəldir. Allahın rəsuluna, elçisinə və peyğəmbərlərin xatəmi Məhəmmədə, onun ailəsinə, səhabələrinə və onların yoluna gücləri çatan qədər tabe olanlara salam olsun. Amin!

İnşallah ümid edirik ki, tərcümə edib hazırladığımız bu kiçik risalə bütün müsəlman bacı və qardaşlarımız üçün xeyirli və faydalı öyüd olar. Uca Allahdan faydalı olmasını istəyirik. Həmçnin istəyirik ki, müsəlman qardaş və bacılarımız dualarında bizi unutmasınlar. Allah təala hamımızı öz Ardı »

RamazanTəravih namazı

Təravih namazı
Ramazan ayında qılınan gecə namazları təravih namazı adlanır.

«Təravih»- istirahət, dincəlmə deməkir.[1]
Müsəlmanlar təravih namazında hər dörd rək'ətdən sonra dincəldiklərinə
görə belə adlanmışdır.

Təravih və təhəccüd namazları eyni namazlardır. Ramazan ayında buna Təravih, adi vaxtlarda isə təhəccüd deyilir.

Bu namazın hökmü müstəhəbdir. Təravih namazı fərdi şəkildə qılına bilər, lakin bu namazın camaatla məsciddə qılınması daha əfzəldir.

Aişədən rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - də belə edərmiş.[2]


Təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) özü on bir rükətdən çox qılmasa da bunu qadağan etməmişdir.

Muhəmməd ibn Saleh əl-Useymin demişdir:
- “Bəziləri bunu inkar edib deyirlər ki, sünnə də Ardı »

RamazanOruclu halda yenidən qan axmasının başlanması

Sual: Nifaslı (doğuşdan sonra qanaxma olan) qadın bir həftədən sonra təmizlənib müsəlmanlarla birgə Ramazan ayında oruc tutur və bir neçə gündən sonra yenidən qanaxma başlayır. Belə halda o orucunu pozmalıdırmı? Oruc tutduğu və tutmadığı günlərin qəzasını etməlidirmi?

Cavab: Nifaslı (doğuşdan sonra qanaxma olan) qadının təmizləndikdən sonra bir neçə gün oruc tutması və qirx gün ərzində qanaxmanın yenidən qayıtması halında, təmizləndiyi günlərdə tutduğu orucu doğrudur. Qanaxma başladıqdan sonra təmizlənənə və ya qırx günün tamamına qədər orucu və namazı saxlamalıdır. Çünki bu günlər nifas günləri sayılır. Nifas qırx gün davam etdikdən sonra onun müddəti qurtarır. Qırx gündən sonra qadın qüsl alıb təmizlənməli və Ardı »

RamazanBİR DƏ GƏLƏCƏKMİ?

[color=#fe8c8c]Ramazan Sultanlar kimi gəldi, amma Sultanlara layiq qarşılanmadı. Öldürdüyü qardaşının cəsədini çiynində daşıyan Qabil kimi biz də dəyərini bilmədiyimiz, layiqincə yaşamadığımız Ramazanın ağrı-acısını çiynimizdə daşıdıq. Ramazan bizi təmizləmək, yeniləmək və bir də təqvaya yaxınlaşdırmaq üçün gəlmişdi.
Ömrümüzə gələn son Ramazan ola bilər deyə, son ümidlə gəlmişdi.
Bir bölgəyə, bir şəhərə, bir məhəlləyə deyil, bütün dünyaya, bütün ümmətə gəlmişdi.
Ümməti bir etməyə, birləşdirməyə gəlmişdi.
Bütün kirlərdən, paslardan təmizləyib yeniləmək arzusu ilə, sevə-sevə, qaça-qaça, ötən ildən də on gün tez gəlmişdi.
Tələsmişdi Ramazan. Tez gəlsəm, daha gözəl qarşılanaram deyib yola çıxmışdı. Amma deyəsən vaxtsız gəlmişdi. Vaxtsız gələn qonaq kimi bir az soyuq qarşılandı. Ardı »

RamazanRAMAZAN AYINI FAYDALI KEÇİRMƏK ÜÇÜN 10 NƏSİHƏT

[color=#4866e7]Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu, elçilərin və Peyğəmbərlərin ən şərəflisi Muhəmmədə (S.A.S), eləcə də onun ailəsinə və onun səhabələrinə:
Əziz və hörmətli müsəlman bacı və qardaşlarım! Bundan əvvəlki məktubumuzda sizlərə Ramazan ayını faydalı qarşılamaq üçün 10 məsləhət yazmışdıq. Bu məktbumuzda isə sizlərə qısaca olaraq Ramazan ayını faydalı keçirmək və onu lazımi formada istismar etmək üçün 10 nəsihət yazmaq istəyirik.


Birinci - Ən əsası və ən əhəmiyyətlisi, orucu tutarkən niyyəti sidq ürəkdən, ixlasla Allah üçün etmək. Bunu məhz Allahın əmri olduğu üçün və Onun rizası üçün yerinə yetirmək. Çünki ixlas, itaətlərin cövhəridir, əməllərin ruhudur, bütün saleh Ardı »

RamazanQusmaq orucu pozurmu?

Sual: Qusmaq orucu pozurmu?

Cavab: Bilərəkdən özünü qusdurmaq orucu pozur. Bilməyərəkdən qusmaq isə orucu pozmur. Buna dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) hədisidir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: 'kim qusarsa o orucunu qəza etmir, kim ki, bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin' Ardı »

RamazanOruc

Oruc, İslamın beş şərtindən biridir. Həm fərd, həm ailə, həm də cəmiyyətdə olan müsbət təsirləri sayılmayacaq qədər çoxdur. Hər şeydən əvvəl insanı heyvani duyğulardan uzaqlaşdırıb saflaşdırması, bu ibadətin şəriətdəki yerinin əhəmiyyətini qeyd etməyə kifayət edər. Adəm Peyğəmbərdən (ə.s) Məhəmməd peyğəmbərə (s.ə.s) qədər gəlib keçən bütün peyğəmbərlərə namaz fərz qılındığı kimi, oruc da fərz qılınmışdır. Ancaq keyfiyyəti və xüsusiyyətlərinə görə fərqli cəhətləri olmuşdur.

Oruc əslində ərəb dilində الصِّيَامُ [əs-siyamu] kimi qeyd olunur və Qurani Kərimdə bu siyam sözü yeddi ayədə keçir. Lüğətdə “siyam” bir şeydən qorunmaq, çəkinmək, özünü saxlamaq mənsına gəlir. Oruc, “tutmaq”, “saxlamaq” mənasına gəlir. Qurani Kərimin bir ayəsində belə keçir: ...“Mən Ardı »