Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanOruclu olarkən ətir iyləmək, buruna, qulağa və gözə damla dərman (kapli) tökmək

• Sual: Oruclu adama ətir iyləməyin hökmü nədir?
• Cavab: Oruclu adam yağ və ya dezodorant tipli ətirləri iyləyə bilər. Dezodorant tipli ətirləri iyləyərkən onun zərrəciklərini dərindən nəfəs alaraq udmaq olmaz. Çünki bu zərrəciklər onun mədəsinə daxil olur və belə halda orucu batil edir. Amma adi formada iyləmək isə oruca təsir etmir.
Sual-Buruna, qualğa və gözə tökülən damla orucu batil edirmi?

Cavab-Əgər buruna tökülən damla mədəyə gedərsə bu onun orucunu batil edir. Amma mədəyə getməyən damla isə orucu batil etmir. Buna görə də oruclu adam onun mədəsinə yetişəcək qədər damla tökməməlidir. Əksinə az miqdarda tökməlidir ki, onun mədəsinə getməsin. Bunun dəlili Ardı »

RamazanCümə günü oruc tutmaq

sual-
Assalamu alaykum! Xahiw edirem sualimi cavablandirasiz ! Cume gunu oruc tutmaq olar
? Men bezi mnebelerden ewitmiwem ki, bayram vaxtlari oruc tutmaq haramdir ! 4ox sag
olin !

cavab-
va aleykum salam
Cümə günü oruc tutmaq olmaz. Ardı »

RamazanRAMAZAN AYI HAQQINDA MARAQLI SUALLAR

[color=#a476af]Bismillahir-Rəhmanir-Rəhim

Hörmətli oxucularımız, dəyərli müsəlmanlar! Ramazan ayı gəlincə çoxlarımız bəzi məsələlərlə rastlaşırıq ki, bu da bizdə şübhə oyadır, yaxud da doğru cavabı tapa bilmirik. Əziz oxucularımızdan bizə bunun kimi maraqlı suallar gəlib. Onların suallarını cavabsız qoymuruq, Allahın izni və hidayəti ilə onların sualların doğru-dürüst cavab veririk. Həmin suallardan bəzilərini sizlərə də çatdırmaq istərdik. Yəqinki sizlərdən də bəziləriniz ağlına belə suallar gəlir, gəlməsə belə bu cavablardan faydanala bilərsiniz və bilmədiklərinizi öyrənərsiniz.


1. Oxucularımızdan biri soruşur: Mən səhər yuxudan qalxmamışam (bilə-bilə). Amma, həmin gün orucu davam etdirmişəm. Bilmək istəyirəm ki, əgər səhər qalxmıramsa orucum pozulurmu? Ümumiyyətlə bu barədə bilmək istərdim.
Cavabı: Səhər yuxudan qalxmamaq orucu pozmur. Ardı »

RamazanOruclu insan gün ərzində səfərə çıxarsa, orucunu aça bilərmi?

Sual: Keçən gecədən oruc tutmağa niyyət edib səhər oruc tutmağa başladım. Gündüz əsnasında səfərə çıxmaq qərarına gəlirəmsə, orucumu aça bilərəm, yoxsa orucu tamamlamalıyam?

Cavab:

Həmd Allaha məxsusdur.

Bəli, gün əsnasında səfərə çıxarsa orucunu aça bilər. Bu İmam Əhmədin (Allah ona rəhmət etsin) rəyidir.

Bax “əl-Muğni”, 4/345

Quran və Sünnə buna dəlalət edir.

Allah təala buyurur: “səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.)” [əl-Bəqərə 2:185]

Gün ərzində səfər edən kəs “səfərdə” sayılır. Odur ki, orucunu aça bilər və şəriətdə misafirlərə bəxş edilən rüxsətdən (güzəşt,icazə) faydalana bilər.

Sünnədən: Əhməd (26690) və Əbi Davud (2412) rəvayət edirlər ki, Übeyd ibn Cəbr dedi: Ardı »

RamazanORUCUN KƏFFARƏSİ

[color=#03939b]"Küfrə qarşı orucumu pozaramsa,
Kəffarəm cəhənnəm olsun!"


Sanki göylərdən bir əl uzanıb dünyanın ən çox yetimi, ən çox öksüzü olan ailənin başına sığal çəkir, göz yaşını silir, yaralarını bağlayır…
Ramazan ab-havasının bu torpaqlarda əsdirdiyi havanı heç doyunca ciyərlərinizə çəkirsinizmi?!
Yəqin bilirsiniz ki, Ramazanın gəlişi ilə Dünyada bir aylıq da olsa, şeytanlar bağlanacaq, mələklər rahatlaşacaqlar.
Kim bilir, nə qədər qərib var ki, qapıları Ramazandan Ramazana çalınır. Nə qədər fağır-füqəra var ki, qursaqlarından Ramazandan Ramazana doyumlu bir şey keçir. Nə qədər kimsəsizlər var ki, Ramazan onların kimi, kimsəsi olur.

Söyləyin, Ramazan bir insan adı olsa idi nə qədər dua alar, nə qədər sevilərdi? Ona bu dualar və sevgilər cənnətin Ardı »

RamazanRAMAZAN AYINI QARŞILAMAQ ÜÇÜN 10 FAYDALI MƏSLƏHƏT

[color=#fe5e5e]Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S) və Onun səhabələrinə.


Bu qısa məktub, mübarək Ramazan ayına daxil olan hər bir sağlam müsəlmana yazılır. Bəlkə bu qısa məktubu oxuyaraq ibadətlərini gücləndiyməyə bir səbəb tapa bilələr, bəlkə bu məktub azacıq da olsa onların daxilində olan imanı tərpədər, onları Allaha yönəlməyə kömək edər.


Ramazanı qarşılamaq, başqa ayları və mövsümləri qarşılamaq kimi asand deyil. Məhz buna görə Ramazan ayını qarşılamağa belə əhəmiyyət veririk, heç olmasa bu ayın faydalarından məhrum qalmayaq.




Hörmətli müsəlman Ardı »

RamazanDÜŞMƏN

[color=#fe8c8c]Bir şəxs digərini sevə bilmir, bəyənmir. Nədən? Şeytan da Adəmi sevmədi, bəyənmədi. Ona hörmət etmədi, daha da irəli gedib ona nifrət edərək düşmən kəsildi. Unutdu ki, Adəm də onu yaradan Qadir, Xaliq Allah tərəfindən yaradılıb.
Allah buyurdu: “Ey İblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad, 75) İblis isə içindəkini açıq söylədi: “Mən ondan daha yaxşıyam” (Sad, 76).

Xislətində unutqanlıq gəzdirən yenə də unutdu ki, hər şeyi Xaliq bilər, bizlər yalnız yaradılmışlarıq. Yaratdığı məxluqların, varlıqların arasında kimin daha yaxşı və ya üstün olduğunu yalnız və yalnız Yaradan bilər. Düşüncəni, duymağı, sahib Ardı »

RamazanRamazan Ayınız Mübarək Olsun

On bir ayın sultanı olan Ramazan ayı münasibəti ilə "islamevi" kollektivini,ziyarətçilərimizi , dinləyicilərimizi və bütün xalqımızı təbrik edirəm.Uca Allah hər kəsin ibadətini,istəyini və dualarını qəbul etsin.
Ramazan ayı rəhmət, məğfirət, bərəkət və sevgi ayıdır.
Ramazan ayı on bir ayın sultanı, insanlığın qaranlıqdan aydınlığa və dəlalətdən hidayətə aparan Quranın endirildiyi aydır.
Ramazan ayı bərəkət və rəhmət, xətaların silindiyi və duaların qəbul olduğu aydır.

Rəsul (s.a.s.) belə buyurdu:“Ramazan ayı sizə bir bərəkət ayı olaraq gəlmişdir. Allahu Təala bu ayda sizi rəhmətinə bürüyər. Bu ayda rəhmət endirər, xətaları silər, duaları qəbul edər.Allahu Təala bu ayda xeyirdə yarışmağınıza baxar və mələkləri yanında sizinlə iftixar edər. Allaha üçün xeyir ortaya Ardı »