Hedisler → : Səhih Qüdsi hədislər (Mömin və Kafirin Ölümü)
Bəra ibn Azib (r.a) rəvayət edir ki, biz Peyğəmbər (s.a.v) ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edərkən Allahın Elçisi (s.a.v) qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: «Qəbir əzabından Allaha sığının!» O bunu üç dəfə təkrar etdikdən sonra dedi: «Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: «Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx Ardı »